Reportyor.info DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılanlar Fariz Mehdiyev və Əflatun Nəsrullayevdir.
Həmin şəxslərdən ümumən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Onlar paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.