19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Binəqədi icra başçısından DTX-ya şikayət edildi /Foto

24 Dekabr 2020, 13:47
Seçmə, Banner
A A
Binəqədi icra başçısından DTX-ya şikayət edildi /Foto

 

Paytaxtın Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət ünvanlanıb. Reportyor.info xəbər verir ki, sakinlər müraciətində üzləşdikləri problemi dilə gətiriblər.
Müraciətdə deyilir: “Belə ki, yaşadığımız ərazidə illərdir ki, ‘‘Məmmədoğulları’’ ASC-nin servis ərazisindən başlayan kanalizasiya və çirkab suları yaşadığımız ərazinin yaxınlığından keçməkdədir.
Bununla bağlı bir neçə dəfə müvafiq orqanlara, o cümlədən də Binəqədi Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, təssüflər olsun ki, hələ bu günə qədər heç bir tədbir görülməyib.
Problemin tez-tez bir sıra media saytlarında ictimailəşdirilməsindən sonra Binəqədi Rayon İcra Hakimiyyətindən heç kim bu məsələnin həll olunmasına səy göstərməyib.
Əvəzində isə Binəqədi RİH problemin həll olunması üçün ‘’Azərsu’’ qarşısında qaldırıldığını vurğulamaqla məsuliyyəti öz üzərindən atmaqla bitmiş hesab edib.
Bundan əlavə, bu ilin iyul ayında Binəqədi RİH-ə gedərək İH-nin əməkdaşı ilə söhbət əsnasında bizə bildirildi ki, bu günlərdə kanalın ləğv olunması ilə bağlı layihə mütləq şəkildə icraya başlayacaq.
Amma o vaxtdan bu yana 5 aydan artıq zaman keçməsinə baxmayaraq RİH tərəfindən heç bir addım atılmayıb.
Qeyd etməliyik ki, yaşadığımız ərazidə xeyli sayda azayaşlı uşaqlar vardır, amma kanalın yaratdığı dözülməz üfunət və aşırı rütubət onlarda allergiya və revmatizm kimi xəstəliklərin meydana gəlməsinə səbəb olmuşdur.
Üstəlik də, pandemiya dövründə onların sağlamlığı gələcəkdə arzuolunmaz nəticələrə çıxara bilər ki, bu da ərazidə müxtəlif cür infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Bundan əlavə, hər yağış yağanda kanaldan su daşaraq ətrafdakı evlərin həyətinə dolur, əhalinin gündəlik gediş-gəliş üçün istifadə etdiyi yolu su tamamilə basır.
Sakinlərin ətrafa yayılan çirkab sularda çəkmə ilə gəzməsi böyük bir narahatçılığa səbəb olub. Ona görə də, bu kanalın birdəfəlik ləğv edilməsi sakinlər üçün əsas məsələyə çevrilib.
Diqqətinizə onu da çatdırırıq ki, hər dəfə ərazidə yaranmış problemlə bağlı mətbuatda yazı gedəndən sonra Binəqədi RİH-dən problemin qabardıldığı media orqanlarının rəhbərlərinə zəng edilərək müxtəlif yollarla gedən yazının sildirilməsinə çağırış edilib.
Hesab edirik ki, bu da sizin hər zaman ictimai nəzarətin, xüsusilə də İcra Hakimiyyəti orqanlarının əhalinin qarşılaşdığı problemlərin zamanında həll olunması bağlı səsləndirdiyiniz haqlı fikirlərə tamamən ziddir, və bu hərəkət yolverilməzdir.
Açığı, biz sakinlər problemin həllinin illərlə ləngimısini Binəqədi RH-nin ‘’Məmmədoğullar’’ ASC ilə hər hansı formada gizli sövdələşməsinin olduğundan irəli gəldiyindən şübhələnirik.
Çünki hər dəfə bizə verilən yalan vədlər, bizləri ələ salmaq kimi dəyərləndirilən açıqlamalar bunu deməyə əsas verir. Dəfələrlə müraciətlərimizin cavabsız qalması, BRİH-nin problemə açıq şəkildə göz yumması bu şübhələrimizi daha da gücləndirir.
Biz artıq hər dəfə Binəqədi RİH, çox yaxın zamanda həll olunmasına dair söylədiyi yalanlardan bezmişik.
Yuxarıda qeyd olunan problemləri nəzərə alaraq, tərəfinizdən problemin dərhal aradan qaldırılmasını nəzarətə götürməyinizi və bununla əlaqədar olaraq Binəqədi Rayon İcra hakimiyyəti və
‘’Məmmədoğullar’’ Servis arasındakı bu şübhəli anlaşmanı ciddi şəkildə araşdırmanızı və tərəfinizdən müvafiq tədbirlər görmənizi və biz sakinlərə müvafiq məlumat vermənizi xahiş edirik:
1. Əzizov Əlişir
2. Rəsulov Eldəniz
3. Əkbərov Zaur
4. Salahova Bənövşə
5. Əliyev Famil
6. Zülfüqarov Binnət
7. Məmmədova Şəfəq
8. Əkbərova Nuranə
9. Zülfüqarov Qəhrəman
10. Əkbərova Nüşabə
11. Məmmədov Yusif (Qarabağ Qazisi)
12. Məmmədova Şəfaqət
13. Həsənova Tamaşa
14. Həsənov Kərim
15. Həsənova Gülşən və digər sakinlər…

 

 

Əvvəlki yazı

Laçında “at oynadan” “Sumqayıt uşağı” (FOTOLAR)

Sonrakı yazı

Putin İlham Əliyevə zəng etdi

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.