Aprelin 12-də Türkiyə Respublikasının Baş naziri telefonla zəng edib.
Reportyor.info bildirir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Türkiyənin Baş naziri Binəli Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.
Dövlətimizin başçısı İlham Əliyev və Baş nazir Binəli Yıldırım dostluq və qardaşlıq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.