Biləsuvarda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza nəticəsində Yol istismarı idarəsinin əməkdaşı Xaləddin Səmədov ölüb.
Yol istismarı idarəsinin dörd əməkdaşı – İlham Gözəlbəyli (1996), Şahin Talıbov (1988), Azər Həsənov (1969) və Zülfüqar Nuruyev (1961) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.