44 günlük Vətən müharibəsindən 6 ay keçməsinə, eləcə də COVID-19 pandemiyasının yaratdığı mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan son aylarda qitə əhəmiyyətli iki mötəbər idman tədbirinə ev sahibliyi etdi. Ev sahibliyi missiyasını yüksik səviyyədə icra etməklə, Azərbaycan bir daha mötəbər tədbirlərin uğurla keçirildiyi unikal məkan olduğunu təsdiqlədi. Tarixə ekskurs etsək, ardıcıl olaraq idmanın müxtəlif növləri üzrə beynəlxalq tədbirlərə ev sahibliyi etmək missiyasının Azərbaycana həvalə edilməsi heç də təsadüfi deyil.
Modern.az bu yazıda bir neçə vacib amilə toxunub. İlk növbədə dövlət başçısının düşünülmüş siyasəti nəticəsində beynəlxalq aləmdə ölkəmizin müsbət imicinin formalaşması göstərilməlidir. Məhz bunun sayəsində dünya birliyi artıq ölkəmizi etibarlı tərəfdaş olaraq qəbul edir. Digər amil isə ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliklə bağlıdır ki, bunun da kökündə dövlət başçısının düşünülmüş siyasəti durur.
Ev sahibliyinin mükəmməliyini şərtləndirən əsas məqamlardan biri də hazırlıq işləri və oyunlar zamanı nəzərdə tutulan tədbirlərin icrası ilə bağlıdır. Ev sahibi şəhər əhalisinin də oyunları idman bayramı olaraq qəbul etməsi bundan daha çox aslıdır. Bu anlamda diqqəti hər bir mötəbər tədbir zamanı icra edilən nəqliyyat əməliyyatlarına yönəldək.
Niyə məhz nəqliyyat ?
Çünki oyunların əvvəlcədən müəyyən edilən plana uyğun icrası və şəhər əhalisinin nəqliyyatla bağlı gündəlik davranışlarının axarı həm də nəqliyyat məsələlərinin düzgün planlamasından asılıdır. Ötən beş ildə şəhərimizdə keçirilən beynəlxalq yarışların nəqliyyat əməliyyatları Bakı Nəqliyyat Agentliyi tərəfindən icra olunmaqdadır.