25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Beynəlxalq müstəvidə yeni reallıqlar qəbul edildi

15 Aprel 2022, 14:35
Cəmiyyət
A A
Beynəlxalq müstəvidə yeni reallıqlar qəbul edildi

Xalqımızın 30 ildən artıq həsrəti sona çatdı. Azərbaycan öz gücü ilə özünün tarixi torpaqlarını erməni təcavüzkarlarından azad etdi. İşğal müddətində isə ATƏT-in Minsk Qrupu və BMT-nin verdiyi qərarlara Ermənistan tərəfindən əhəmiyyət verilmirdi. Onlar Azərbaycanın işğal altında saxladıqları ərazilərini darmadağın edir, yeraltı, yerüstü sərvətlərini talan edib xarici ölkələrə satırdılar. Dinc əhali vaxtaşırı atəşə tutulurdu. 28 il fəaliyyətdə olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bu müddətdə Azərbaycana, eyni zamanda işğal edilmiş ərazilərimizə yüzlərlə səfər etmişlər, hamıya məlum səbəbdən isə bu səfərlər və onların hazırladıqları qətnamələr, bəyannamələr heç bir nəticə verməmişdir. Onu da qeyd edək ki, bu gün elə ATƏT-in Minsk Qrupu da bütün bu reallıqları qəbul edir.
Artıq bütün bunlara son qoyuldu. Azərbaycan bu münaqişəni Beynəlxalq təşkilatların vasitəsi ilə deyil, öz siyasəti, öz gücü ilə həll etdi. Bir ildən artıqdır ki, Azərbaycan azad edilmış torpaqlarda abadlıq-quruculuq işləri görür. Yeni məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri, inzibati binalar tikilir, yollar çəkilir, elektrik stansiyaları istifadəyə verilir.
Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı davam etdirir və dünyanın aparıcı beynəlxalq təşkilatları rəsmi Bakı ilə razılaşır, ərazi bütövlüyümüzü qəbul edir. Bunun bariz nümunəsindən biri də budur ki, BMT-nin xətti ilə Şuşada Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirildi. Bu tədbirin keçirilməsi və məhz Şuşada baş tutması onu sübut edir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Azərbaycana, respublikamızın prezidenti cənab İlham Əliyevə böyük inamın, etibarın nəticəsidir ki, BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dövlət başçımız sədr seçilib. Çox qürurverici haldır ki, bütün üzv dövlətlərin razılığı ilə cənab İlham Əliyevin sədrlik müddəti daha bir il də uzadılıb.
Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, həm müharibə vaxtı, həm də müharibə sona çatdıqdan sonra Azərbaycanla həmrəy olmuş və dəstəkləmişdir.
İslam Əməkdaşlıq Təşkilatı da müharibədən əvvəl və sonrakı dövrlərdə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qətnamələr qəbul etmişdir.
Təşkilatın xarici işlər nazirləri səviyyəsindəki toplantıda Azərbaycanın mövqeyini dəstəkləyən, o cümlədən ölkəmizin tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir.
Təşkilatın rəhbərliyi müharibə bitdikdən sonra da Azərbaycan Ordusunun erməni quldurlarının işğalından azad etdiyi ərazilərdə olmuş. Erməni vandallarının Azərbaycanın dini inanc yerlərini, məscidləri darmadağın etdiklərini, bu müqəddəs yerləri bir vaxt donuz tövləsi kimi işlətdiklərini öz gözləri ilə görmüşlər.
Artıq Ermənistanın müstəqil olması müşkül bir işdir. Türkiyə və Azərbaycanla münasibətləri normalaşdırmasa, Ermənistan dövləti irəli gedə bilməyəcək. Çünki bu gün demək olar ki, bütün dünya Azərbaycanın haqq işini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Bu gün Azərbaycan ordu quruculuğu ilə məşğuldur. 44 gün ərzində aparılmış müharibənin hər anı təhlil edilir. Yeni, müasir silahlar, texnikalar alınır. Müharibədən sonra Komando qoşun növü yaradılmışdır.
Belə vəhşi, işğalçı qonşularla həmişə tam hazır və ayıq-sayıq olmaq lazımdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək”.
Şəhla Ağbulud

Əvvəlki yazı

Ruslar avtobusu atəşə tutdu: 7 ölü, 27 yaralı

Sonrakı yazı

Sabiq icra başçısının 5 milyon manatlıq müsadirə olunmuş əmlakı (SİYAHI)

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.