03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BEYNƏLXALQ BANK ŞƏRİFOVUN NƏZARƏTİNDƏN ÇIXARILDI! – Şok dəyişikliklər (Yeniləndi)

14 Mart 2018, 19:35
Gündəm
A A
BEYNƏLXALQ BANK ŞƏRİFOVUN NƏZARƏTİNDƏN ÇIXARILDI! – Şok dəyişikliklər (Yeniləndi)

Samir Şərifovun gələcəyi bağlı ciddi narahatçılıq keçirdiyinə dair hökumət dəhlizlərində yayılan məlumatlar boşuna deyilmiş!

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, iclasa sədrlik edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri,maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.

download-1Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.

“shahmar-movsumov-1Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni sədri Şahmar Mövsümov 1972-ci ildə anadan olub. 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

1995-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-cı ilin mayından Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorudur.

Müşahidə Şurasının yeni üzvü Emin Hüseynov 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə isə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının Mərkəzi Bankında, ADA Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin iyunundan Azərbaycan Respublikası Maliyyə nazirinin müavindir.

Müşahidə Şurasının yeni üzvü Sahil Babayev 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetini “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində, Azərbaycan Respublikası Milli Məclisində, İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ilin martından Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavinidir.

xalid_1Müşahidə Şurasının yeni üzvü Xalid Əhədov 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini «Maliyyə və kredit» ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2012-ci ildə Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) MBA təhsili alıb.

1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından son təyinata qədər “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.

загружено“AzPolitika.info” qeyd edir ki, indiyədək Beynəlxalq Bankın Müşahidə Şurasının Sədri vəzifəsini maliyyə nazirinin müavini Azər Bayramov tuturdu. O isə faktiki olaraq maliyyə naziri Samir Şərifovun göstərişlərini icra etməklə məşğuldu.Daha açıq desək, Cahangir Hacıyevin həbsindən sonra bankın idarəçiliyi tam olaraq Samir Şərifovun nəzarətinə keçmişdi.

Təsadüfü deyil ki, Cahangir Hacıyevin həbsindən dərhal sonra Beynəlxalq Bankın İdarə Heyətinin sıədri vəzifəsinə yaxın dostu Elmar Məmmədovu təyin etdi. Hansı ki, onun qısa müddətli rəhbərliyi dövründə Beynəlxalq Bankın borclarının milyardlarla manat artdığı, böyük talançılığın olduğu bildirilir…
samir-serifov-elmar-memmedov-300x187

Bundan əlavə Beynəlxalq Bankda baş verən talançılığın birbaşa məsuliyyətini Müşahidə Şurasının rəhbərliyi daşıdığı halda dəyişdirilməməsi, ictimaiyyətdə haqlı suallar yaratmışdı: Bu boyda talançılıq olubsa, niyə Müşahidə Şurasının rəhbərliyi məsuliyyətə cəlb olunmur? Niyə vəzifəsində saxlanılır?  Banka nəzarət edən Maliyyə Nazirliyi hara baxırdı?  Cahangir Hacıyevin həbsindən sonra bankın milyardlarla dollar əlavə borclarının yaranmasının məsuliyyətini kim daşıyır?  Bu və digər suallar bu gün də açıq qalır.

Bu suallara cavab verilib-verilməyəcəyi məlum olmasa da, Beynəlxalq Bankın Müşahidə Şurası və İdarə Heyətinin rəhbərliyindəki dəyişikliklər hakimiyyətin bankda gedən proseslərdən narazı qaldığını göstərir. Buna görə də bankın rəhbərliyində ciddi dəyişilik edilib. Son dəyişikliklə faktiki olaraq Beynəlxalq Bank maliyyə naziri Samir Şərifovun nəzarətindən çıxarılıb. Bu isə həm də Şərifova inamsızlığı yarandığını göstərir. Görünür, son vaxtlar  Samir Şərifovun gələcəyi ilə bağlı ciddi narahatçılıq keçirdiyinə dair hökumət dəhlizlərində yayılan məlumatlar boşuna deyilmiş!

Elman İsmayıllı
AzPolitika.info

Əvvəlki yazı

“VIP Style Estetik Tibb Mərkəzi”ndə ŞOK FIRILDAQ – 3600 manatlıq kosmetikanı kasıb qadına necə sırıdılar? TƏFƏRRÜAT

Sonrakı yazı

Qənirə Paşayevanın Ərzurumda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.