Təkrar və xeyli miqdarda dələduzluqda ittiham edilərək 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.
Reportyor.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin olunub.
Təqsirləndirilən Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.