09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Beyləqan işıq idarəsi müdiri sahibkarı təhlükəyə atıb – Şikayət

05 Oktyabr 2018, 12:49
Cəmiyyət, Seçmə, Sosial
A A
Beyləqan işıq idarəsi müdiri sahibkarı təhlükəyə atıb – Şikayət

Beyləqan rayon sakini Sadıqova Nazilə Baxış qızı “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinovdan şikayətçidir.

Nazilə Sadıqovanın AzFakt.com-a verdiyi məlumata görə, Beyləqan şəhər Sevil Qazıyeva küçəsində ona məxsus mağaza fəaliyyət göstərir. İki ay öncə mağazanın yanında böyük bir obyekt tikintisinə başlanılıb: “Həmin tikinti başlanılanda “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinov yaxınlıqdan keçən yüksək gərginlikli ellektrik xəttinin yerini dəyişdirməklə mənə məxsus obyekti təhlükə altında qoyub. Belə ki, yeni tikilən obyektin üstündən çıxarılan elektrik xətti hazırda mağazamızın üstündən keçir”.

Şikayətçi bildirir ki, mağazada yaranmış tühlükəli vəziyyətlə bağlı dəfələrlə “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin rəisi İbrahim Şirinova müraciətlər olunsa da, şöbə müdiri heç bir tədbi görmək istəmir.

Nazilə Sadıqovanın şikayəti əsasında AzFakt.com-un apardığı kiçik bir araşırmada məlum oldu ki, vətəndaşın mağazasının üstündən keçən yüksəkgərginlikli xətt həmdə Namiq Allahverdiyev adına Beyləqan şəhər 1 saylı orta məktəbin həyətindən keçir. Məlumata görə, şöbə rəisi İbrahim Şirinov ərazidə yeni tikilən obyekt sahibi ilə hansısa şərtlər əsasında “anlaşaraq” belə bir addım atıb. Yəni bir obyektin üstündəki yüksəkgərgunlikli xətti götürüb, digər obyekti və məktəbi təhlükəyə atmaq İbrahim Şirinov üçün niyə maraqlı olsun?

Saytımız vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək Beyləqan Satış şöbəsi müdiri İbrahim Şirinovun qanunsuz əməllərinin araşdırlmasını istəyirik.

Ən azından yüksəkgərginlikli elektrik xəttinin məktəb ərazisindən keçməsi ən böyük qanun pozuntusudur. Çünki məktəblilərin ərazidə olduğu vaxtda hansısa bir qəza hadisəsi baş verərsə, yaxud elektrik xətti qırılıb təhsil ocağının həyətinə düşərsə nələrin olacağı göz önündədir. Və yaxud İbrahim Şirinov kimi məmurun çəkdirdiyi yüksəkgərginlikli eletrik xəttinin sabah qırılmayacağına kim zəmanət verə bilər ki?

Məhz buna görə də aidiyyatı qurumlar qeyd etdiyimiz əraziyə baxış keçirərək yüksək gərginlikli elektrik xəttinin təhsil ocağının həyətindən çıxarılmasına qərar verməlidirlər. Bildirək ki, Beyləqan Satış şöbəsinin müdiri İbrahim Şirinov hər yerdə keçmiş “Azərişıq” sədri, indiki “Azərenerji” prezidenti Baba Rzayevin yaxın adamı və onun kadrı olduğunu deyir. Bu yaxınlığın isə İbrahim Şirinovun əmisi, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsi müdirinin müavini Şirin Şirinov vasitəsi ilə yarandığını dilə gətirir.

Məhz bu amili nəzərə alaraq “Azərenerji” prezidenti Baba Rayevdən xahiş edirik ki, Beyləqan rayon sakini Nazilə Sadıqovanın obyekti üzərindən qanunsuz şəkildə keçən təhlükəli yüksəkgərginlikli elektrik xəttinin götürülməsinə köməklik göstərsin.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini verməyə hazırıq

Əvvəlki yazı

“SOCAR Polymer”in Yüksəksıxlıqlı Polietilen Zavodu dekabrda açılacaq

Sonrakı yazı

Növbəti dörd günün hava proqnozu açıqlanıb

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.