U16 İnkişaf Liqasının final matçında Antalyanın Manavqat səmtindəki Arslan Zeki Dəmirçi İdman Kompleksində “Beşiktaş” və “Konyaspor” komandaları üz-üzə gəlib. D-Smart ekranlarında canlı yayımlanan matçın ilk yarısını ağ-qara komanda Cumali Gürselin 38-ci dəqiqədə vurduğu qolla 1-0 öndə bağladı. Beşiktaşda Mustafa Erhan Hekimoğlu 48-ci dəqiqədə komandasını 2:0 önə keçirib. Ozan Sevim 59-cu dəqiqədə hesabı müəyyənləşdirib: 3-0.
“Konyaspor”u 3:0 hesabı ilə məğlub edən “Beşiktaş” U16 İnkişaf Liqasını çempion olaraq tamamlayıb. Çempionluq ipini əlinə alan ağ-qara futbolçular matçdan sonra böyük sevinc yaşayıblar.
class=”medianet-inline-adv”>
