12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Berlinin 8 il əvvəl yazılmış koronavirus hesabatı: İnanılmaz və şübhəli peyğəmbərlik

26 Mart 2020, 12:04
Araşdırma
A A
Berlinin 8 il əvvəl yazılmış koronavirus hesabatı: İnanılmaz və şübhəli peyğəmbərlik
Düz 8 il əvvəl Robert Kox İnstitutu və bir çox elmi təkilatı tərəfindən hazırlanaraq Almaniya Kansleri Angela Merkel və Alman Parlamentinə təqdim edilən hesabatın təfərrüatları məlum olub.
Reportyor.info bu haqda oda.tv-yə istinadən xəbər verir. Bildirilir ki, sözügedən hesabatda “Mutasiya edilmiş, yeni SARS-CoronaVirus Cənub-Şərqi Asiyada bir heyvan bazarından çıxacaq və bütün dünyanı əhatə edəcək. Bir ölkə olaraq buna hazır olmalıyıq. Epidemiya üç il davam edəcək. İki dəfə mutasiyaya uğrayacaq. Vaksin üç ilə tapılacaq. Bir dəfə yoluxan adam bundan sağalsa belə, mutasiyaya uğramış yeni virusa bir də yoluxa biləcək” sözlərinə yer verilib.
“Sözçü” qəzetinin yazarı Əli Gülənin xəbərinə görə, 17.12.2012 tarixində Alman Məclisinə təqdim edilmiş 17/12051 nömrəli hesabatda diqqətəlayiq məlumatlar var. Səkkiz il əvvəl yayılmış proqnoza görə, yaşlıların 10 faizi bu virusdan təsirlənəcək və virus üç ayrı dalğada yayılacaq.
Almaniyanın 10.12.2012 tarixli hesabatını təqdim edirik…
 
Hesabatı kim hazırlayıb?
Almaniyanın İnşaat və Yaşayış Məsələləri üzrə Baş Katibliyinin, İnsanların və Təbii Fəlakətlərin Mühafizəsi üzrə müşavirliyin, Kənd Təsərrüfatı və Qidalanma Müşavirliyi, Texniki Yardım Nəqliyyat İdarəsi, Xüsusi Komando Bölmələri, Alman Ordusu və Pol Ehrlich İnstitutunun mütəxəssislərinin birlikdə hazırladığı hesabat 8 il əvvəl Alman Məclisinə təqdim edilib.
Alman hökumətinin ölkədəki səhiyyə sistemini gücləndirib və bu hesabat əsasında bütün tədbirlər görülüb. Digər tərəfdən, bu gün Merkelin elan etdiyi bütün tədbirlər də həmin günün hesabatında eyni şəkildə yer alıb.
 
“SARS COV mutasiyaya uğrayacaq”
Hesabatda SARS CoV-un “epidemiya” halına gələcəyi və epidemiyaya çevriləcəyi ifadə edilib və bununla bağlı proqnozlar da yer alıb. Hesabatda hazırlıq təkliflərinin, müxtəlif vəziyyətlər üçün yaxşı-pis ssenarilərinin hazırlandığı da diqqət çəkir.
Beləliklə, “Pandemiya və Risk Təhlili, MODI-SARS-ın mutasiyaya uğramış vəziyyəti” başlıqlı hesabatdan bölmələr:
– SARS Cov-un mutasiyaya uğramış versiyası olan yeni bir virus gələcək və insanların immunitet sistemini tez bir zamanda çökdürəcək.
– 2003-cü ildə SARS CoV-dan çox fərqli olan bu virus sürətlə yayılacaq.
– Bu yeni bir virus növü olacaq və SARS CoronaVirus H5N1-Qripdən daha ağır nəticələr verəcək.
Ssenaridə deyilir ki, Çindən gələn çinlilər və ya Çinə gedən 6-10 nəfər alman bu xəstəliyi yayacaq və hər kəs də xəstəliyi 10-a qədər adama yoluxduracaq.
 
“Nəzarəti QİÇS-dən çətin olacaq”
Hazırlanmış hesabatda nəyin baş verə biləcəyi belə göstərilir:
– Burada yeni bir epidemiyaya səbəb olacaq virusdan bəhs edirik.
– Modi-SARS deməyimizə baxmayaraq, bu yeni virus yeni əlamətlərlə ortaya çıxacaq.
– Bu yeni virus SARS CoV-un fərqli bir mutasiyasıdır.
– SARS CoV-dan fərqli olaraq, insanlar arasında daha sürətli yayılacaq.
– Hələ adını bilmədiyimiz bu virus yüksək ölüm hallarına səbəb olacaq.
– Onun idarə edilməsi QİÇS-ə səbəb olan HİV-dən daha çətin olacaq.
– Simptomlar baxımından Modi-SARS və SARS CoV çox oxşar olacaq.
– Bir adamdan digərinə keçməsi 5 gün çəkəcək.
– Virusa yoluxmuş şəxsdə simptomlar 2 ilə 14 gün arasında üzə çıxacaq.
“Virusun simptomları yüksək temperatur, quru öskürək şəklində olacaq”
2012-ci il hesabatında “Yeni virusun simptomları yüksək temperatur, quru öskürək, əksər xəstələrdə nəfəs darlığı, rentgen aparıldığı zaman ağciyərlərdə müxtəlif əlamətlər, titrətmələr, bəzən qusma, başgicəllənmə, əzələ ağrıları olacaq. Bundan başqa ishal, baş ağrısı və ya ekzema kimi qızartılar ola bilər”.
Bundan əlavə, hesabatda deyilir: “Bu yeni virus xüsusilə yaşlı insanlarda və xroniki xəstəliyi olanlarda yüzdə 10-a qədər ölümlə nəticələnə bilər. Uşaqlar və gənclər arasında ölüm nisbəti 1 faizdən aşağı qalacaq. Gənclər və sağlam insanlar bir həftəyə sağala biləcək, ancaq yaşlıların müalicəsi 60 günə qədər çəkə bilər”.
“Üzə çıxacağı vaxt dərmanı olmayacaq”
 
Məruzədə aşağıdakı ifadələr yer alır:
– Virus damcı, hissəcik və ya toxunma yolu ilə insandan insana keçə bilər.
– Gələcəyi vaxt dərmanı olmayacaq.
– Peyvəndi yalnız ilk virusdan 3 il sonra hazırlana biləcək.
– İnsanlar gigiyena qaydalarına diqqət yetirməlidirlər, lazım olduqda əlcək geyinməli, gözlük və maska taxmalıdırlar.
– Xəstəlik insandan insana, xüsusən ailəiçi ünsiyyətdə, virus daşıyan insanların ətrafında olarkən, ictimai nəqliyyatdan istifadə etdikdə, iş yerlərində və tətillərdə yoluxacaqdır.
– Epidemiya bütün dünyada yayılacaq.
– Almaniyaya gəlməsi isə yarmarkalar və universitetlərə gələn xarici tələbələrin vasitəsilə baş verəcək.
Hesabatda yeni virusun SARS-a bənzər olacağı, ancaq 2003-cü ilin SARS-ından ciddi şəkildə fərqlənəcəyi, sağlamlıq sistemini dərindən sarsıdacağı və sərhədləri aşacağı bildirilir.
Digər tərəfdən, hesabatda bunun SARS virusunun mutasiya edilmiş bir versiyası olacağı və hələlik “Modi-SARS” olaraq adlandırdıqları ifadə edilib.
“Asiyadan heyvan bazarından yayılmağa başlayacaq”
Tam elmi məlumatlarla hazırlanan məruzədə deyilir:
– Bu epidemiyaya səbəb olan virus Cənub-Şərqi Asiyada vəhşi heyvan bazarlarında yayılaraq insanlara keçəcək.
– Heyvanlar bu virusa qarşı immunitet qazanacaqlar, çünki onsuz da immunitet sistemləri artıq bu virusla tanışdır.
– Ev heyvanı olan pişik və itlər o xəstəlikdən təsirlənməyəcək və ya yayılmasında rol oynamayacaqlar.
– Ancaq insanlar arasında çox sürətlə yayılacaq.
“Ən təhlükəlisi ilk dalğa olacaq”
 
“Yeni virus üç dalğada vuracaq” başlıqlı bölmədə bunlar deyilib:
– Ən təhlükəlisi ilk dalğa olacaq.
– Sonra ikinci və üçüncü dalğalar gələcək.
– Beləliklə, üç il ərzində pandemiya baş verəcək.
– Bu müddət ərzində virus iki dəfə mutasiyaya uğrayacaq.
– Bir dəfə bu xəstəliyə yoluxub sağalan şəxs 360 gün eyni virusdan təsirlənməyəcək.
– Bununla birlikdə, onun mutasiyaya uğramış versiyasından və digər oxşar virusdan mənfi təsirlənəcək.
– Antivirus karantin tədbirləri, məktəblərin bağlanması, izdihamlı yerlərdə olmağa yasaq qoyulması, yaxın təmasın qadağan edilməsi tələb olunacaq.
– Yoluxmuş insanlar xüsusi karantin şəraitində müalicə edilmək məcburiyyətində qalacaqlar.
– İnsanlara yeni dezinfeksiya qaydaları təqdim ediləcək və yeni gigiyena qaydaları tətbiq olunacaq.
Hansı dalğa nə qədər davam edəcək?
– Modi-SARS (mutasiyaya uğramış SARS) virusunun ilk dalğası 1 gündən 411 günə qədər davam edəcək.
– Bu dalğada 29 milyon insan yoluxacaq.
– İkinci dalğa 462 ilə 692 gün arasında olacaq.
– 23 milyon almanın virusdan təsirlənəcəyi hesab edilir.
– Üçüncü dalğa 693 gündən 1052 günə qədər davam edəcək.
– Bu, 26 milyon insana təsir edəcək.
– Bəzi insanlar iki və ya üç dalğadan təsirlənəcəklər.
“Tədbir görülməzsə, 7.5 milyon ölüm…”
 
Hesabatda aşağıdakı ifadələr də yer alır:
– Yaşlı insanlarda ölüm nisbəti 50 faizə çata bilər.
– Üç dalğa təxminən 7.5 milyon almanın həyatına başa gələ bilər.
– Bunun üçün bütün xəstəxanalarda və hər yerdə tədbirlər görülməli, insanlar özləri üçün daha təsirli qoruyucu tədbirlər görməlidirlər.
Məruzədə hökumətə və səlahiyyətlilərə necə tədbir görülməsi və hansı qanunlara dəyişiklik edilməli olduğu bildirilir.
Müvafiq hissələr “Görülməli tədbirlər”, “Mərhələ-mərhələ görüləcək işlər və onların tənzimlənməsi”, “İqtisadi sahədə əməliyyatlar” başlıqları altında verilib.
Xəstəliyin başlanğıcında insanlara tez bir zamanda məlumat verilir, görüləcək tədbirlər və gigiyena qaydaları xatırladılır, ilk mərhələdə insanların 8 faizinin bundan təsirlənəcəyi vurğulanır.
Hansı sahə nə qədər təsirlənəcək?
Virusun hansı təsirləri olacağı, müxtəlif sektorların alman xalqına nə qədər xidmət edə biləcəyi, ixtisas dərəcələri və iqtisadiyyatın necə təqib ediləcəyi göstərilir.
Bundan əlavə, hesabatda hava nəqliyyatının dayandırılacağı, dəniz nəqliyyatında sərnişin yox, yük daşınmasının davam edəcəyi, qaz, istilik yanacağı və elektrik enerjisi ilə bağlı problem olmayacağı, çatdırılmada heç bir problem olmayacağı, qatar daşınmasının azalacağı, nəqliyyat sıxlığının azalacağı, evlərə paket xidmətlərinin artacağı təxmin edilir.
Bundan əlavə, hesabatda bildirilir ki, rəqəmlər çox yüksək və gözləntilərdən yüksək olarsa, səhiyyə sistemi çökəcək, həkim və tibb bacıları çatışmazlığı olacaq.
Həmin çağda ölkənin 500.000 çarpayılıq bir tutuma sahib olduğunu və ağır pandemiyaya dəstək verə bilmədiyini bildirən hesabatda eyni zamanda 4 milyon insanın xəstələnəcəyi təqdirdə böyük problemlər yaşanacağı və tədbir görülməsi üçün xəbərdarlıq edilir.
8 il əvvəl xüsusilə dərmanlara, fərdi müdafiə materiallarına və dezinfeksiya materiallarına böyük tələbatın olacağı əvvəlcədən bildirilib.
“Su və qida çatışmazlığı olmayacaq”
Ölkələrdə su çatışmazlığının olmayacağı, ərzaq təminatında da çoxçeşidliliyə görə problem yaranmayacağı vurğulanır.
Hesabatda bildirilir ki, banklar, mübadilə, sığorta, maliyyə müşavirləri, hökumət və parlamentin məhdud və məcburi iş yerlərində də olsa, işlərini davam etdirə bilər.
Medianın araşdırmalarını davam etdirəcəyi, bəzi sahələrə daha çox diqqət ayıracağı, ancaq mədəniyyət, idman və sənət kimi sahələrə daha az diqqət ayıracağı da proqnozlar arasında yer alır.
Merkel hökuməti bu hesabatın təlimatlarına uyğun hərəkət edir
Merkel hökuməti 8 il əvvəl hazırlanan bu hesabatlara uyğun olaraq tədbir görüb və xəstəxanaları buna uyğun şəkildə gücləndirib.
Parlamentə təqdim olunan bu “Elmi uzaqgörənlik və ssenari çizgiləri”nin Almaniyanın koronayla mübarizədə böyük rol oynadığı bildirilir.
Əvvəlki yazı

Rusiya uçuşları tamam dayandırdı – Qərar

Sonrakı yazı

Polisdən əməliyyat: avtoşlar və fahişələr saxlandı

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.