02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Belarusda etirazların bir ayı: “Batka”nı saxlayan səbəblər

08 Sentyabr 2020, 10:23
Dünya, Manşet
A A
Belarusda etirazların bir ayı: “Batka”nı saxlayan səbəblər

Belarusda prezident seçkilərinin nəticələrinin açıqlanmasından bir ay vaxt keçsə də, müxalifətin mitinqləri davam edir.  Bazar günü paytaxt Minskin mərkəzində növbəti dəfə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Aleksandr Lukaşenkonun 80%-dən çox səs topladığı prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edirlər.

Nümayişçilər Minskin mərkəzində “Birlik marşı” adı altında yürüş keçiriblər. Onlar Lukaşenkonun işlədiyi və hökümət qüvvələri tərəfindən mühafizə olunan Müstəqillik sarayının qarşısına toplaşıblar.

Minskdə ümumilikdə 120-dən çox insan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəlki günlərdə olduğu kimi, hakimiyyət mərkəzi küçələri və şəhərin mərkəzində metro stansiyalarını bağlayıb.

İnsanlar Müstəqillik sarayının qarşısında bir neçə saat dayandıqdan sonra dağılışmağa başlayıblar, buna yağan güclü yağış da səbəb olub.

Amma etirazlar yenə də sakit, axarında gedir. Heç bir zorakılıq, iğtişaş, qanlı qarşıdurmalar yaşanmır. Müxalifət bir aydır etirazları bir tempdə davam etdirir.

Burada Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya Lukaşenko da daxil, 30 Belarus rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Politoloq Elxan Şahinoğlunun qəzetimizə dediyinə görə, Belarusdakı hadisələr Venesuela proseslərinə bənzəyir. Eynilə orada da müxalifət tərəfindən paralel strukturlar yaradıldı, Qərb dəstəklədi, amma prezident Nikolas Maduro hakimiyyətə nəzarəti əldə saxladı.

“Baxmayaraq ki, müxalifət lideri Quaydonu ABŞ dəstəklədi, prezident kimi tanıdı, nə qədər böyük mitinqlər keçirdi, Qərbdən yardım aldı, yenə hakimiyyəti dəyişə bilmədi.

Belarusda da güc nazirləri və Lukaşenko bir tərəfdə, Qərbdən dəstək alan müxalifət digər tərəfdə… Hətta müxaliflərin Koordinasiya Mərkəzi yaradılıb, qonşu Baltikyanı ölkələr hazırkı prezidenti tanımır.

Amma Lukaşenkonun da Maduro kimi iqtidardan getmək fikri yoxdur, əli silahlı fotoları da bir ismarışdır. Hər bazar da müxalifət mitinq keçirir”, – deyə siyasi şərhçi qeyd etdi.

Analitikin fikrincə, Lukaşenko mitinqlərin səngiməsinə ümid edir: “Güman edir ki, həyat axarına düşəcək, hamı işləməyə davam edəcək. Müxalifətin və Qərbin də inamı var ki, güc nazirləri Lukaşenkodan imtina edəcəklər.

Amma hələ ki bu baş vermir. Hətta Lukaşenko hiyləyə əl ataraq nazirlərin yerlərini dəyişir, Rusiyadan da dəstək alır və getdikcə Putinin vassalına çevrilir.

Artıq ayın 14-də Moskvaya gedir və daha ciddi kömək istəyəcək. Ehtimal edirəm ki, Lukaşenko müqavimət əsasında bir müddət də hakimiyyətini qoruya biləcək”.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Lukaşenko elə də güclü müxalifətlə qarşılaşmadı:

“Deməzdim ki, Belarus etirazçıları ona yerini göstərə biliblər. Prezident özü də iradəli və təcrübəlidir, prosesi izləyir. O, qarşısında intizamlı kütlə görür və aksiyaçılar hansısa inzibati binaların şüşələrini, qapılarını sındırıb içəri daxil olmağa cəhd göstərmədikcə, qəzəblənmiş kütlə radikal müqavimət göstərmədikcə, Lukaşenko ”a yordu-yordu, görək kim-kimi yordu” oyununu siyasətə çevirəcək”.

Ekspert hesab edir ki, Belarus lideri xalqı silahla və Putinin ordusu ilə qorxudur: “Belaruslular ”məxməri inqilab” istəyir. İnsanlar qurban vermək, qan tökülməsini istəmirlər.

Qərb də lazımi qədər dəstək ifadə etmir. Avropa kompromis tərəfdarıdır. Ola bilsin ki, Lukaşenko hakimiyyətinin ömrünü bir az da uzatsın. Amma bu, çox çəkməyəcək və biz əvvəlki Belarusu daha görməyəcəyik”.

Qeyd edək ki, Belarus müxalifətinin liderlərindən biri, müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikova sentyabrın 7-də qaçırılıb.

Hadisə şahidləri bildirib ki, Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Hazırda onun telefonu cavab vermir. Həbsdə olan Belarus prezidentliyinə namizəd Viktor Babarikonun qərargahının nümayəndəsi Maria Kolesnikova seçki kampaniyası zamanı digər qeydiyyatdan keçməmiş namizəd Valeri Tsepkalonun həyat yoldaşı və prezidentliyə namizəd Svetlana Tixanovskaya  ilə birlikdə mitinqlərdə çıxış edən “Qadın Üçlüyü”nün iştirakçısı kimi məşhurlaşıb.

O, hazırda Belarusda olan  “üçlüyün” son üzvüdür. Kolesnikova bir gün əvvəl Minskdə baş tutan kütləvi etiraz yürüşündə iştirak edib.

Əvvəlki yazı

“Feodal təfəkkürlü Ramiz Mehdiyev…” – Deputat

Sonrakı yazı

“Al Market”də şok: “Metil” spirti içirdilər, xəstəxanalıq oldu – Foto

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.