10-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bekarçılıqdan qumar oyunlarına başladım…” – Həbs edilən diplomat

30 İyun 2023, 16:57
Cəmiyyət
A A
“Bekarçılıqdan qumar oyunlarına başladım…” – Həbs edilən diplomat

Xəbər verdiyimiz kimi, Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun məlumatına görə, Nəcib Osmanov işlədiyi dövürdə Xarici İşlər Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 347.011,9 manat vəsaiti necə mənimsəməsi barədə danışıb.

Sabiq attaşe bildirib ki, hadisələr 2022-ci ilin may ayında baş verib və qanunsuz hərəkətlərə dərk etmədən yol verib. Qeyd edib ki, qumar onda oyunlarından asılılıq yarandığı üçün belə hərəkətlər edib:

“Əvvəllər Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində işləmişəm. İcra etdiyim vəzifə ilə əlaqədar Maliyyə İdarəsində hesabatların tərtibi ilə bağlı işlər görmüşəm. 26 fevral 2021-ci ildə Koreya Respublikasına ezam edildim və 1 martda işə başlamışam. Koreya Respublikasındakı səfirliyində maliyyə məsələləri üzrə attaşe vəzifəsində çalışırdım. Maliyyə hesabatlarının tərtib edilib göndərilməsi, ümumi katiblik üzrə sənədlərin qəbul edilməsi və göndərilməsi, kadrlar üzrə və bank işləri mənim səlahiyyətində idi. Əmrlə mənə tapşırılan işlər yalnız maliyyə işləri olub. Digər işlər şifahi göstərişlə tapşırılıb. Səfirlikdə işlədiyim dövrdə səfir Rəmzi Teymurov idi. Onun əmri verildikdən sonra maliyyə və konsul hesabatlarını hazırlamağa başladım. Hesabatları “excel” fayllarda işləyərək, kağızda çıxarıb, Xarici İşlər Nazirliyinə göndərirdim.

Əvvəl səfirliyin pullarını bekarçılıqdan mərc oyunlarına sərf etdim, sonradan məndə aslılıq yarandı və müvafiq hərəkətlərini davam etdirdim. İşdən sonra getməyə heç bir yer yox idi, karantin dövründə tək olduğum üçün mərc oyunları oynamağa başladım. Əvvəl kiçik məbləğlərlə oynayırdım, sonra aslılıq yarandı”.

Nəcib Osmanov oynadığı mərc oyunlarının futbol və “forex all” olduğunu bildirib, pulu onlayn formada, əvvəlcə maaşından, sonra isə səfirliyin hesabından ödəyib. O, səfirliyin əsasən kommunal sənədlərinə dəyişiklik edərək, hesabda olan pulları mənimsəyib:

“İşçilərin əmək haqqlarından pul götürmürdüm. Pulları götürməyimdən səfirlikdə heç kəsin xəbəri olmayıb. Poçt bank sənədlərinə kiçik məbləğlər yazmaqla möhür vurub, ardınca bank hesabına mədaxil edirdim. Ümumilikdə 15-20 sənədə imza etdirməklə pul vəsaiti əldə edirdim. Bu hadisələr 2022-ci ilin yanvar ayına qədər davam etdi. Pullar Koreya vonu ilə olub. Səfirliyin dollar və von hesabı var idi. Sentyabr ayına qədər səfirliyin hesabından 15.000-20.000 dollar, oktyabr ayından isə daha böyük məbləğlər götürməyə başladım. Bu pulları öz hesabıma köçürüb, mərc oyunlarına yatırırdım”.

Sabiq diplomat qeyd edib ki, hərəkətlərinin qanunsuz olduğunu bilib, lakin qumar oyunlarına aludə olduğundan qeyd edilən hərəkətlərə yol verib: “Mənə qarşı elan edilmiş ittihamla razıyam. Tərəfimdən vurulmuş ziyanla əlaqədar 77.000 dollar ödəmişəm”.

Əvvəlki yazı

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Sonrakı yazı

2 sərbəst güləşçimiz yarımfinala YÜKSƏLDİ

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.