Fələstinli və əcnəbi müsəlmanlar Fitr bayramını qeyd etmək üçün İslamın üçüncü müqəddəs məkanı olan Məscidül-Əqsaya axışıblar. Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, təxminən 120 min insan bayram namazını Məscidül-Əqsada qılıb. Müsəlmanlar da təkbir söyləyərək dua edirdilər.
İordan çayının qərb sahili və Qəzzada yaşayan fələstinlilər isə İsrailin məhdudiyyətləri səbəbindən Məscidül-Əqsaya keçə bilməyib.
Qəzza zolağında on minlərlə insan Fitr bayramı namazını meydanlarda qılıb. Qəzza zolağının mərkəzindəki Nuseyrat Qaçqınlar Düşərgəsində yerləşən Əl Souk Meydanında hər yaşdan müsəlmanlar bir araya gələrək dirəniş ediblər.