Sosial şəbəkələrdə Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.
Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.