03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BAYILDA KÖÇKÜN AİLƏLƏRİ AKSİYA KEÇİRİBLƏR – “Evimizi tərk etmirik” – FOTOLAR + VİDEO

15 Fevral 2019, 12:42
Sosial
A A
BAYILDA KÖÇKÜN AİLƏLƏRİ AKSİYA KEÇİRİBLƏR – “Evimizi tərk etmirik” – FOTOLAR + VİDEO

Didərgin ailələrin tələbi budur ki, ya normal kompensasiya verib köçürülsünlər

Bayıl yamacı sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi aksiya keçirib. Sakinləri narahat edən isə ötən həftə onlara  Səbayel Rayon İcra Hakimiyyətindən verilən məlumatdır. Belə ki, onlara  bildirilib ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olub.

Narazı sakinlərin dəvəti ilə “Yeni Müsavat”ın əməkdaşı olaraq Bayılda olub onların problemlərini dinlədik. Biz əraziyə çatan zaman Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları oradan uzaqlaşırdılar. Sakinlərdən öyrəndik ki, MİS-in nümayəndələri, sadəcə, vəd veriblər ki, şikayətlərə baxılacaq.

Yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Ona görə də məcbur qalıb, ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər.

Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Cari ilin yanvar ayından etibarən isə kirayə pullarının verilişi saxlanılıb. Lakin ötən həftə Səbayelin icra başçısı Vüqar Zeynalov sakinlərə bildirib ki, mart ayından etibarən onlara 6 aylıq kirayə pulu veriləcək.

Sakinlərin dediyinə görə, V.Zeynalov söyləyib ki, onların evlərindən tam köçürülməsi planlaşdırılır. Yuxarıda da qeyd etdiyimiz kimi, narazılıq da məhz bu xəbərdən sonra başlayıb.

Məcburi köçkün Fatma Əliyeva “Yeni Müsavat”a söylədi ki, nəvələri ilə birlikdə aylardır soyuq evdə yaşamağa məcburdur: “Bir ildən çoxdur burada kommunal xətlərimizi kəsiblər. Bu aylar ərzində zülm çəkmişik. Kirayə pulu da az olduğu üçün evimizi tərk edib, kirayə mənzildə qala bilmədik. İndi də bizə deyirlər ki, sizi məcburi köçkünlər üçün tikilən evlərə köçürəcəyik. Gedib baxa bilərsiniz. Evimizdə heç bir çat yoxdur. Burada yaşayanların çoxu köçkündür. Həmin ailələr evlərini itirib, şəhid verib. Zülmlə burada ev tikmişik. Nə üçün sürüşmə adı ilə bizi çıxarırlar? İkincisi də bizdən aşağı küçələrdə böyük binalar tikilir. Bəyəm orada sürüşmə yoxdur? Eləcə də bizim küçədən yuxarıda bina tikilir. Orta ərazidən ”sürüşmə var” deyib, bizi çıxarmalarının məqsədi nədir? Xahiş edirəm ki, bizə kömək edilsin. Biz buranı tərk edib getməyəcəyik. Burada hər kəs əziyyətlə ev tikib. İndi bizi niyə Qobuya və ya digər bu kimi yerlərə göndərirlər?”

Zəngilan rayonundan olan məcburi köçkün Zəhra Muradova da bildirdi ki, evlərini bu şərtlərlə tərk etməyəcəklər: “Arazın o tayında ev qoyub, bura gəlmişik. Burada da ev tikən zaman dövlətdən bir kisə sement də almamışıq. Sənin mənə köməyin yoxdursa, evimi nə üçün dağıdırsan? Elə oturmuşuq də burada. Biz də Azərbaycan vətəndaşıyıq. Əgər kompensasiya verilirsə, hər kəsə verilsin. Yoxsa ayrılmasın ki, filan ailələr məcburi köçkün ailələridir, onları Qobuya göndərək, məcburi köçkünlər üçün tikilən binadan ev alsınlar. Köçürürlərsə, bazar qiyməti ilə camaatın kompensasiyasını versin. Birincisi, köçmürəm. Ancaq köçürürsə, normal kompensasiya versin ki, gedib ev ala bilək. Qobuda verilən ev müvəqqətidir. Necə olur ki, bizim mülkümüzü alıb, yerində məcburi köçkünlər üçün tikilən binadan ev verir?”

Başqa bir məcburi köçkün Minarə Paşayeva söylədi ki, əgər ərazidəki evləri dövlət tiksəydi, köçürməyə haqqı vardı: “Bəyəm mən yataqxanada yaşayıram ki, Qobuda tikdikləri məcburi köçkünlər üçün binalara köçürürlər? Biz dövlətin ayırdığı yerdə yaşamırıq. Ölkə rəhbərliyindən xahişimiz budur ki, bizə kömək edilsin. Kommunal xətlərimiz bərpa olunsun, evimizdə yaşayaq. İki ildir ki, bizi süründürürlər. Deyirlər ki, sürüşmə var, ancaq əraziyə baxırıq ki, heç bir sürüşmə yoxdur. Biz dövlətə qarşı deyilik. Dövlət əgər buradakı əhalini köçürürsə, bizi nə üçün digərlərindən fərqləndirir? Kompensasiya ilə bağlı bizə heç bir vəd verilməyib. Yalnız o halda köçərik ki, bizə normal kompensasiya verilsin. Bizi köçürmək istədikləri evlərin hamısı sənədsizdir. 26 ildir camaat burada əziyyət çəkib, qazancını bu evlərə qoyub. İndi necə bizi sənədsiz evlərə köçürüb, illərdir əziyyət çəkib tikdiyimiz evi də sökürlər. Deyirlər ki, sürüşmə var. Bəs necə olur ki, sürüşməyə yaxın ərazilərdə yaşayanların qazı verilir, bizim xətlər kəsilib? Tələbimiz odur ki, bizim kommunal xətlərimizi bərpa etsinlər, evimizdə normal qaydada yaşayaq”.

Onu da qeyd edək ki, fevralın 14-də Bayılda sürüşmə zonasında köçkün ailələrindən 4 nəfərlik nümayəndə Səbayel Rayon İcra Hakimiyyətinə yollanıb. Onların tələbi icra başçısı Vüqar Zeynalovla görüşmək olub. İcra hakimiyyətində onlara bildirilib ki, məsələ tam onların nəzarətində deyil: “Bizə dedilər ki, səsinizi, şikayətinizi lazımi dövlət orqanlarına çatdıracağıq. İcra başçısı dedi ki, sizə yalandan söz verə bilmərəm. Biz də dedik ki, yığışıb digər yuxarı orqanların da qarşısına gedəcəyik. İcra başçısı dedi ki, sizin getməyinizə gərək yoxdur. Lazımi köməkliyin edilməsinə çalışacağıq”.

Sakinlərin sözlərinə görə, belə vədlər aylardır onlara verilir, lakin hələ də ortada heç bir irəliləyiş yoxdur. Məcburi köçkün Nuru Nuruyev bu xüsusda aşağıdakıları söylədi: “Aylardır ki, bizə yalan vədlər verilir. Gətirib  mənzillərimizin kvadratına 1500 manat kompensasiya versinlər, biz də köçək. Necə olur ki, digər yerlərdən köçürülənlərə kompensasiya verilir, bizi çıxarıb Qobuya göndərirlər. Bu, doğru deyil. Gətirib 200 manat verirdilər ki, gedib kirayə yaşasınlar. Bakının mərkəzində 200 manata kirayə mənzil var?”

Əlavə edək ki, sakinlərin şikayətləri ilə bağlı Səbayel Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirildi ki, şikayətlər araşdırılır, müvafiq tədbirlər görüləcək.

 

Əvvəlki yazı

İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

Sonrakı yazı

Keçmiş deputat köməkçisi Əliyev və Putinin imzasını SAXTALAŞDIRDI – FOTO + VİDEO

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.