Amerikanın New York Times qəzeti bu bəyanatın gələn çərşənbə axşamı video mesajla elan oluna biləcəyini yazıb. Prezident Bayden aylar idi ki, ikinci müddətə namizədliyini irəli sürməyi planlaşdırırdı, lakin, xüsusilə Demokrat namizədlər ara seçkilərdə gözlənildiyindən daha yaxşı çıxış etdikdən sonra, bu açıqlama onun komandasının tələbi ilə təxirə salındı. Digər tərəfdən, Ağ Evdəki ekspertlər Respublikaçılar namizədlik yarışında bir-biri ilə mübarizə apararkən Baydenə siyasi qarşıdurmalardan uzaq durmağı tövsiyə etdilər. 80 yaşlı Bayden yenidən namizədliyini elan edərsə, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq.