02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Başçıların isti yayı başladı – sensasion təyinatlar və işdən çıxarılmalar

07 İyun 2018, 09:38
Seçmə
A A
Başçıların isti yayı başladı – sensasion təyinatlar və işdən çıxarılmalar

Cəbhə bölgəsinin və paytaxtın icra başçıları dəyişdirilir – “bərkidilmə prosesi” başlayıb; Gədəbəydən sonra Ağdamın da icra başçısı vəzifədən çıxarıldı; həm sərhəd, həm işğal bölgəsi rayonlarında yerli komandanı daha möhkəmləndirmək, daha səriştəli kadrları vəzifəyə təyin etmək prosesi başlayıb

“Yeni Müsavat”ın iyun ayında hakimiyyət komandasında ciddi dəyişikliklər olacağı ilə bağlı məlumatı doğrulur. (http://musavat.com/news/hokumetde-sensasion-kadr-deyisikliyi-hazirligi-isti-yay-baslayir_530873.htmlhttp://musavat.com/news/hokumetde-sensasion-kadr-deyisikliyi-hazirligi-isti-yay-baslayir_530873.html)

Mənbəmiz yay mövsümündə təkcə mərkəzi hakimiyyətdə deyil, əyalətlərdə də ciddi kadr dəyişikliyi olacağını xəbər vermişdi. “Söhbət rayon və şəhər icra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir. Çünki prezident İlham Əliyev dəfələrlə işini düzgün qurmayan icra başçılarına xəbərdarlıq edib” deyə, yazıda bildirilirdi. 

Yada salaq ki, prezident  son 10 gündə artıq iki icra başçısını vəzifəsindən azad edib. Belə ki, ötən həftə  Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən azad edilib. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan R.Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu. R.Yediyarov icra başçısı olduğu müddətdə sahibkarları incitməklə, onların mal-mülkünü yağmalamaqla məşhurlaşmışdı.

yediyarov ile ilgili görsel sonucu

Ağdamın artıq sabiq hesab edilən icra başçısı Raqub Məmmədov haqda da uzun müddətdir ki, ciddi nöqsanlar, rüşvətxorluq və korrupsiya ilə bağlı ittihamlar vardı. Prezidentin son iki sərəncamında ən diqqətçəkən məqam cəbhə bölgəsi hesab olunan Gədəbəyin və Ağdamın icra başçılarının işdən azad olunmasıdır.

Raqub Məmmədov ile ilgili görsel sonucu

Prezident İlham Əliyevin cəbhə bölgələrindəki rayonlara daima xüsusi diqqəti olub. Prezidentin son Goranboy səfərini xatırlatmaq kifayət edir. Çünki cəbhənin təmas xəttində yaşayan insanların diqqət və qayğıya daha çox ehtiyacı var, bu ərazilərdə yaşayanlar ordumuza güvənsələr də, daima düşmən gülləsi təhlükəsi altında yaşayırlar. Bu əhalinin hər bir probleminə diqqətlə yanaşmaq prezidentin bu rayonların icra başçıları qarşısında qoyduğu əsas tələblərdən biridir. Məlumata görə, dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasında da cəbhə bölgəsində yerləşən rayonlardan – Beyləqan, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Goranboy, Göygöl, Gədəbəy, Tovuz və Qazaxdan gələn şikayətlərə ilk növbədə baxılır.

Təbii ki, həm Ermənistan, həm işğal olunmuş torpaqlarımızdakı düşmənlə qarşı-qarşıya dayanmış rayon əhalisində ruh yüksəkliyi, mərkəzi hakimiyyətə inam əsas şərtdir. Son günlər Ermənistanla sərhəd rayonlarında və işğal zonasında düşmən təxribatları ara vermir. Belə bir vəziyyətdə iki rayonun icra başçısının dəyişdirilməsində xüsusi məna axtarmağa bəlkə də ehtiyac qalmır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, prezident Ali Baş Komandan kimi bu bölgələri daima diqqətdə saxlayır, həm rayondakı vəziyyət, həm yerli icra başçısının fəaliyyəti ilə bağlı informasiyaları bir yox, bir neçə mənbədən alır.

Belə görünür ki, təkcə icra başçısı deyil, həm də əsgər olmalı məmurlar dövlətin onlara olan ümidlərini doğrultmayıblar. İstisna deyil ki, cəbhə bölgəsi rayonlarında yerli komandanı daha da möhkəmləndirmək, daha səriştəli kadrları vəzifəyə təyin etmək prosesi sürətlənib. Bunun işğal zonasındakı Qarabağda ermənilərin İrəvan hakimiyyətinə qarşı çıxdığı, Ermənistanda da artan gərginliklə bəlkə də birbaşa əlaqəsi olmasa da, hər halda, cəbhə zonasında “bərkidilmə” prosesi ortadadır…

Elxan Şamil oğlu Allahverdiyev ile ilgili görsel sonucu

Dünən Bakının ən böyük rayonlarından biri olan Binəqədiyə də icra başçısı təyin edildi. Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev bu vəzifəyə təyin edilib. E.Allahverdiyev bank sahəsində çalışıb. O, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdı.

Göründüyü kimi, prezident icra başçıları ilə bağlı yenələmə prosesinə start verib. Növbəti həftələrdə bu prosesin davam edəcəyi haqda məlumatlar var.

“Yeni Müsavat”

Əvvəlki yazı

Anardan daha bir təəccübləndirən makiyaj – Video

Sonrakı yazı

GENERALIN QARDAŞI İŞDƏN ÇIXARILDI – “Zəhər Mamed” Tovuza başçı təyin olundu! (Yenilənib)

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.