Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin səhhəti pisləşib. Reportyor.info qafqazinfo-ya istinadla xəbər verir ki, birinci müavin İsmayıl Yusifzadəyə ağır pnevmaniya diaqnozu qoyulub.
O, təcili paytaxtın 3 saylı şəhər klinikasına aparılıb. Hazırda orada müalicə olunur. Qeyd edək ki, İ.Vəlizadə koronavirusa tutulması şübhəsiylə iki dəfə test edilib. Ancaq hər iki testin nəticəsi neqativ çıxıb.




















