06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş redaktorun valideynləri prezidentə müraciət etdi

12 Mart 2018, 12:23
Sosial
A A
Baş redaktorun valideynləri prezidentə müraciət etdi
“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevinvalideynləri Prezident İlham Əliyevə müraciət edib.
Reportyor.info unikal.org-a istinadən xəbər verir ki, zəngilan rayonundan məcburi köçkün düşmüş 12 uşaq anası, qızıl medallı qəhrəman ana Vəliyeva Ərkinaz Abdulla qızı tərəfindən ünvanlanan müraciəti təqdim edirik:
“Hörmətli Cənab Prezident, Azərbaycanın fəxri, Sizi növbəti dəfə prezidentliyə namizəd olmağınız münasibəti ilə təbrik edirəm. Bütün analar və ağbirçəklər adından Sizə uğurlar arzu edirəm. Ana müqəddəsliyinin toxunulmaz olduğu hamımıza bəllidir. Mənim arzum Sizin növbəti dəfə prezident seçilməyinizdir. Siz Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanımızı son illərdə daha da inkişaf etdirmisiniz. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən prezident seçkilərində Sizə və atanıza səs vermişik. Cənab Prezident Siz xalqın bütün ümidlərini doğrultmusunuz. Biz Sizi növbəti dəfə öz prezidentimiz, liderimiz kimi görmək istəyirik. Mən əminəm ki, xalqımız Heydər Əliyevin layiqli davamçısına yekdilliklə səs verib onu prezident seçəcək. Mən ailə üzvlərim və yaxın qohumlarım qarşıdan gələn prezident seçkilərində iştirak edib səsimizi Sizə verəcəyik. Bizim dəyişilməz namizədimiz Sizsiniz.
Cənab Prezident biz Sizin necə humanist və xeyirxah insan olduğunuzu çox gözəl bilirik. Mənim oğlum, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Vəliyev Habil Allahverdi oğlu 2016- cı ildə həbs edilmişdir. Cənab Prezident diqqətinizə çatdırmaq istəyirəm ki, oğlum hər zaman dövlətə və dövlətçiliyə eyni zamanda Sizə xidmət edib və sadiq olub. Oğlum daim ictimai fəallığı ilə seçilib və Sizin, yəni iqtidarın siyasi kursunu daim dəstəkləyib. O, ali hüquq təhsillidir və 20 ildən çoxdur ki, seçki məntəqəsinin sədridir. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindəndir. Müstəqil Azərbaycanımızın ilk zabitlərindəndir və keçmiş döyüşçüdür. 25 ildir ki, Yasamal rayon Veteranlar Birliyinin Sədridir. O, bütün varlığı ilə öz dövlətinə və onun başçısına bağlıdır. Oğlum bu gün də sizin əsgərinizdir.
Cənab Prezident, oğlumun həbsi mən və 82 yaşlı iflic xəstəsi olan atası başda olmaqla ailə üzvlərinə və yaxın qohumlarına pis təsir edib. Həyat yoldaşı ağır xərçəng xəstəsidir. Ailəmin tək dolanışığı oğlumdan asılıdır.
Hörmətli Prezident mart ayının 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə oğlumun məhkəməsi baş tutacaq. Bu işdə heç bir şikayətçi və zərəçəkən yoxdur, heç bir maddi-mənəvi ziyan yoxdur, hətda cinayət işi materiallarında adı keçən zərərçəkmişlər belə rəsmi qaydada məhkəməyə ərizə ilə müraciət edib bildirmişlər ki, xahiş edirik Vəliyev Habil Allaverdi oğlunun həbsdən azadlığa çıxmasını təmin etsinlər.
Cənab Prezident Sizdən başqa ümid yerimiz yoxdur. Qəhrəman ana olaraq Sizdən xahiş edirəm ki, səlahiyyətlərinizdən, verdiyiniz fərman və sərəncamlardan istifadə edərək bayram ərəfəsində oğlum Vəliyev Habil Allaverdi oğlunun ailəmizə qovuşmasına kömək edəsiniz.
Allah Sizi Azərbaycan xalqına çox görməsin. Allah Ulu Öndərimiz Heydər Əliyevə, həmçinin anamız Zərifə xanım Əliyevaya, şəhidlərimizə rəhmət eləsin.
Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm”.

 Reportyor.info
Əvvəlki yazı

Artur Rasizadə istefaya göndəriləcək? (AÇIQLAMA)

Sonrakı yazı

Şagirdləri daşıyan mikroavtobusun aşması ilə bağlı cinayət işi başlandı

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.