12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş redaktor Operativ Qərargahı “topa tutdu”

22 İyun 2020, 12:21
Gündəm
A A
Baş redaktor Operativ Qərargahı “topa tutdu”
“İş həftəsinin başlamasını da nəzərə alsaq, Mətbuat Şurası da daxil olmaqla müvafiq ictimai və rəsmi qurumlar bu məsələnin çox qısa müddətdə həllinə nail olmalıdır”.
Reportyor.info xəbər verir ki, bunu tanınmış jurnalist, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Operativ Qərargahın sərt karantin rejimində statdankənar jurnalistlərin fəaliyyətinə icazə verilməməsi qərarına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın NKOQ) son karantin rejimi və icazə sistemi haqda qərarında kütləvi informasiya vasitələri (KİV) nümayəndələri ilə bağlı tələblər çox müzakirə olunur:
“Yalnız redaksiya ilə əmək müqaviləsi əsasında işləyən jurnalistləri, media nümayəndələri üçün e-icazə.qov.az portalına müvafiq məlumatları yükləməklə evdən çıxış icazəsi əldə etmək olur. İcazə redaksiyalarla əmək müqaviləsi olmadan əməkdaşlıq edən ştatdankənar müxbirlərə şamil edilməyib. Bu da ştatdankənar qaydada jurnalist fəaliyyəti göstərən həmkarlarımızın narazılığına və normal fəaliyyət göstərə bilməməsinə səbəb olur. Bunu jurnalistlər arasında ayrı-seçkilik, hətta mətbuata aşağılayıcı münasibət kimi şərh edənlər də var.
Bir çox həmkarlarımız haqlı olaraq Mətbuat Şurasının bu məsələyə münasibət bildirməsini istəyir, problemin həlli üçün kompetent müdaxilə tələb edir. Mən Mətbuat Şurasının İdarə Heyətində təmsil olunsam da, Mətbuat Şurası adından mövqe bildirə bilmərəm. Təkcə ona görə yox ki, orda qərarların qəbulunda söz sahibi olaraq illərlə formalaşmış çoxluğa daxil deyiləm, həm də ona görə ki, Mətbuat Şurasının mövqeyini onun sədri ifadə edir. Konkret olaraq, bu məsələ ilə bağlı İdarə Heyətində heç bir müzakirə olmayıb və qərar da qəbul edilməyib. Bəlkə MŞ-nin hansısa Komissiyasında bu məsələyə baxılıb. Ancaq mən Mətbuat Şurasının heç bir komissiyasının üzvü olmadığım üçün bundan da məlumatım yoxdur. Buna görə Mətbuat Şurasının sədrinə və İH üzvlərinə NKOQ-ın tətbiq etdiyi bu icazə sisteminin KİV nümayəndələrinə münasibətdə tətbiqinin praktik tərəfləri, məhdudiyyətlərlə bağlı onlayn rejimdə olsa da, müzakirə keçirməyi və problemin həllinə yardımçı olmağı təklif edirəm”.
Bahəddin Həziyev qeyd edib ki, bu icazə sistemi yalnız redaksiyalarla əmək müqaviləsi olan jurnalistlərə hərəkət sərbəstliyi verir:
“Çünki məhz əmək müqavilələri elektron hökumət portalında qeydiyyatdadır. Yəni belə çıxır ki, redaksiyalarla əmək müqaviləsi olanların jurnalist statusu tanınır, ştatdankənar əsasda əməkdaşlıq edənlərin statusu tanımır. Düşünürəm ki, bu, qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanunun müvaviq maddəsi ilə ziddiyyət yaradır. Həmin maddə (Maddə 49. Jurnalistin statusu) belədir:
“Jurnalistin bu qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir:
1) Kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirlərinə;
2) Kütləvi informasiya vasitəsinin məlumat toplaması, hazırlaması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlərinə.
Beləliklə, qanun təkcə redaksiyalarla əmək müqaviləsi olanların deyil, belə müqavilə bağlamadan da əməkdaşlıq edənlərin jurnalist statusunu tanıyır.
Ancaq dövlətin əmək bazarı ilə bağlı elektron məşğulluq sistemində yalnız əmək müqavilələri qeydiyyatdan keçir. Biz hələ karantin ilk dəfə tətbiq ediləndə bu məsələyə münasibətimizi bildirmiş, təklifimizi də yazmışdıq. Təklif ondan ibarətdir ki, redaksiyalarla öz VÖEN əsasında mülki-hüquqi müqavilə (xidmət müqaviləsi) bağlayaraq əməkdaşlıq edən jurnalistlərə də iş icazəsi verilsin. Bunun üçün həmin mülki-hüqiqi müqavilələrin elektron qeydiyyat qaydasını da tətbiq etmək olar. Çünki redaksiyalarla ştatdankənar əsasda əməkdaşlıq edən jurnalistlərin də sayı az deyil. Jurnalistin işi məlumat toplamaq, hazırlamaq və yaymaqdır ki, bu da, onun cəmiyyəti məlumatlandırmaq kimi mühüm vəzifəsindən irəli gəlir. Media ictimai nəzarət instrumentidir. Karantin və bu çərçivədə tətbiq olunan qadağalara necə əməl olunmasına, bu rejimi təmin edən qurumların, o cümlədən, tibb və polis işçilərinin, eləcə də, fəaliyyətinə icazə verilmiş sahələrin fəaliyyətinə ictimai nəzarət lazım deyilmi?! Təbii ki, elə karantinin özünə də ictimai nəzarət lazımdır. Bunu da jurnalistlər təmin edir. Bu baxımdan, NKOQ bu ictimai nəzarət imkanlarını məhdudlaşdırmalı deyil, tam həcmdə təmin etməlidir. Ən başlıcası, NKOQ-ın qərarlarının hüquqi qüvvəsi qanunun hüquqi qüvvəsindən üstün deyil”.
Jurnalist bildirib ki, Mətbuat Şurası da daxil olmaqla müvafiq ictimai və rəsmi qurumlar bu məsələnin çox qısa müddətdə həllinə nail olmalıdır:
“Bir daha vurğulayıram ki, ştatdankənar müxbirlərin KİV ilə mülki-hüquqi müqavilələrinin elektron qeydiyyatını tətbiq etməklə bu problemi təkcə bu pandemiya dövrü üçün deyil, başqa bütün situasiyalar üçün birdəfəlik həll etmək lazımdır. Başqa bir formada hüquqi həll modeli tapmaq da olar. Qısası, jurnalistlərə qarşı ayrı-seçkilik və məhdudiyyət sayıla bilən bugünkü icazə modelinə KİV baxımından yenidən baxmaq və media mənsublarına daha geniş fəaliyyət imkanı yaratmaq lazımdır”.
Əvvəlki yazı

Prezident keçidin açılışında…

Sonrakı yazı

KİVDF-də yarım milyonluq korrupsiya….

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.