01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş redaktor həbs təhlükəsi qarşısında – “10 gün vaxt veriblər”

05 Noyabr 2018, 10:28
Gündəm, Cəmiyyət
A A
Baş redaktor həbs təhlükəsi qarşısında – “10 gün vaxt veriblər”

Bu ilin iyulunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən sonra bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs təhlükəsi ilə üz-üzə qalıb. Baş redaktorun sözlərinə görə Beyləqan rayonunun Təzəkənd kənd məktəbində müəllimə işləyən Gülnar Novruz qızı Yusifova bir neçə saytla yanaşı onun rəhbərlik etdiyi saytı da məhkəməyə verib. “Gülnar Yusifova iddia edir ki, “ajan.tv” saytında yer alan məlumatlar onun şərəf və ləyaqətini alçaldıb. İddiaya səbəb olmuş məlumat 2016-cı ilin sentyabrında “ajan.tv”də yayımlanıb. Həmin məlumat criminal.az saytında “ajan.tv”yə istinadla yayılana qədər Azərbaycanda fəaliyyətdə olan bir çox saytlarda tirajlanıb. Amma məhkəməyə çəkilən criminal.az saytı və baş redaktor olaraq mən oldum. İddiaya ilkin olaraq Beyləqan rayon Məhkəməsində baxılıb və iştirakımız olmadan qanunsuz və əsassız qətnamə çıxarılıb. Sonradan verdiyimiz şikayət əsasında baxış yeniləndi. Məhkəmədə hakim Nəsrullah Əliyevin KİV haqda qanundan ümumiyyətlə xəbərsiz olduğu üzə çıxdı.

Həmin xəbərin “ajan.tv”yə əsasən yayılmasını və bütün məsuliyyətin xəbəri yaymış ilk mənbənin üzərinə düşməsini hakim heç cür anlayıb müvafiq hüquqi qiymət verə bilmədi. Ona görə də nəticə etibarı ilə Azərbaycanın KİV haqqında qanuna, beynəlxalq media hüququna zidd bir qətnamə çıxarıldı. İlkin mənbə, yəni “ajan.tv”nin təmsilçilərinin, nümayəndələrinin iştirakı olmadan çıxarılan qətnamə ilə barəmizdə 40 min manat cərimə cəzası kəsildi. Həmin qətnamədən Şirvan Apelyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya instansiyasında hakim Tofiq Heydərov da ilkin mənbənin “ajan.tv” olmasına əhəmiyyət vermədi. Qanunsuz və əsassız qətnamə qüvvədə saxlanıldı. Ümidimiz Ali Məhkəməyə idi. Düşünürdük ki, bu məhkəmə instansiyası adına uyğun – ali bir qərar verəcək, dürüst, doğru araşdırma sonucu olaraq müvafiq qiymətləndirmə aparacaq. Olmadı. Sanki iş üzrə bütün isntansiyaların hakimləri KİV haqqında qanundan xəbərsizdirlər” – deyə baş redaktor bildirib. Anar Məmmədovun sözlərinə görə artıq iddia üzrə icra işi başlanıb: “Məhkəmə icraçıları 40 min manatı könüllü şəkildə ödəməyim üçün 10 gün vaxt veriblər. Mənim həmin məbləği ödəmək imkanlarım xaricindədir.

Qərarı icra etməsəm həbs ediləcəyimlə bağlı xəbərdarlıq almışam. Vəkillərlə məsləhətləşmə aparıb işi Avropa Məhkəməsinə göndərmişik. Eyni zamanda Azərbaycanın Ali Məhkəməsinin çıxardığı qərar üzrə icra işi başlayıb. Sayt bloklanmış durumdadır, heç bir gəlir gətirmir. Saytın baş redaktoruyam, üzərimə böyük bir cərimə qoyulub. Həmin cərimə 10 dəfə az olsaydı belə ödəmək maddi imkanlarım xaricindədir”. Anar Məmmədov Ağdam qaçqınıdır, hər ay dövlətdən 40 manat çörək pulu alır. Deyir ki, həmin puldan kəsib məhkəmə qərarını icra etmək məcburiyyətindədir:“Ali Məhkəmənin qərarını qanunsuz və əsassız saysam da, Azərbaycan dövləti adından çıxarıldığından məcburam ki, hər ay çörəkpulu məbləğinin 3-də bir hissəsini məhkəmə qərarının icrasına yönəldim. Ümid edirəm ki, Avropa Məhkəməsi pozulmuş hüquqlarımı bərpa edəcək”

Reportyor.info

Əvvəlki yazı

İRİ MƏMURLARIN OVU BAŞLAYIR – Həbslər dalğasının geniş vüsət alacaq

Sonrakı yazı

DTX-nın Gəncə əməliyyatı: iki silahlı öldürüldü

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.