06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BAŞ REDAKTOR EVİNİ ƏRƏBLƏRƏ KİRAYƏ VERİB! – “Axı, sizin təkcə Bakıda 18 eviniz var…”

07 Avqust 2018, 12:05
Seçmə, Banner
A A
BAŞ REDAKTOR EVİNİ ƏRƏBLƏRƏ KİRAYƏ VERİB! – “Axı, sizin təkcə Bakıda 18 eviniz var…”

Hakim partiyanın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş binadan aldığı 3 otaqlı mənzili ərəblərə kirayə verib.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Elşad Baratın Hikmət Babaoğluna yazdığı “Açıq Məktub”da söhbət açılır. Elə həmin məktubda həm də belə bir məlumat verilir ki, bu deputatın Bakıda 18 mənzili var!

421174Elşad Barat deputata ironiya ilə yazdığı məktubunda bildirir: “Çox hörmətli Hikmət müəllim! Yazıb sizə bildirmək istəyirəm ki, bu gün təsadüfən yolum dövlətimizin imkansız, aztəminatlı ailələrə verdiyi jurnalistlər binasına düşdü. Binanın qarşısında ərəblərlə rastlaşdım. Mən uşaq olanda atam məni döyə-döyə ərəb dilini öyrədirdi ki, molla olum, camaatın ölüsünü götürüm. Molla olmadım, amma ərəb dilindən azdan-çoxdan yadımda qalıb deyə, jurnalistlər binasından çıxan ərəblərə salam verib, hal-əhval tutdum. Söhbət əsnasında öyrəndim ki, bu ərəblər sizin evinizdə qalır. Düzü, ərəblərə inanmadım. Xeyli araşdırmalar elədim və məlum oldu ki, ev həqiqətən də sizin adınızadır.

Hikmət müəllim, siz dəyərli insansız, bir dəfə üz-üzə yarım saat söhbət də etmişik, niyə bu qədər müddəti susmusuz? Niyə deməmisiz ki, o ev sizin yox, Elşad Baratındır? Axı, sizin təkcə Bakıda on səkkiz dənə eviniz var! Məncə siz orda evinizin olduğunu bilmirsiz, yoxsa bu haqsızlığa dözməzdiz, çünki siz ədalətli jurnalistsiz…”

Şair daha sonra xatırladır ki, bir dəfə iş üçün Hikmət Babaoğlunun qəbulunda olub. İndi çoxsaylı evlərindən birini ərəblərə kirayəyə verən baş redaktor ona 231 manatlıq iş təklif edib: “Hikmət müəllim, yadınızdadırsa bir dəfə bir dostumuz məni sizin yanınıza göndərmişdi. Üç, ya da dörd il öncə. Onda siz mənə 231 manatlıq iş təklif etmişdiz. Üstündən də demişdiz ki, bu pulun 60-70 manatı çıxılacaq. Hər ay əlinə 160-170 manat alacaqsan. Mən sizə xeyli dil tökdüm ki, ay Hikmət müəllim, başınıza dönüm, mən elə hər ay 200 manat kirayəyə pul verirəm, bu 160 manatla mən nə edəcəm? Siz də öz mübarək qaşlarınızı çatıb demişdiz ki, mən orasına qoşulmuram. Sizə qurban olum, ay Hikmət müəllim, bəs siz harasına qoşulursuz? Deyin, biz də orasında dayanaq da…”

Qeyd edək ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət hesabına tikilmiş binadan 3 otaqlı ev alan Hikmət Babaoğlunu həqiqətən də media oliqarxlarından biri hesab etmək olar. Onun Bakıda və Azərbaycanın səfalı bölgələrində xeyli sayda ev və villasının, həmçinin şirkətlərinin olduğunu sübut edən faktlar var. Cəmi 10 il əvvəl mediaya gələn bu deputatın var-dövlətinin mənbəyi qaranlıq qalır.

Rasim ƏLİYEV
AzPolitika.info

Əvvəlki yazı

Rumıniyanın Azərbaycandakı səfiri Tovuzun Ermənistanla sərhəd Ağdam kəndində olub

Sonrakı yazı

XANƏNDƏLƏRİN QƏTLİ İLƏ BAĞLI HƏBSLƏR! – Miryusif dostunun evində öldürülüb!

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.