Baş Prokurorluğun 2 əməkdaşı, bir bəy, bir xanım sahə müvəkkili ilə birgə gəldi evimizə. Oturduq, söhbət etdik, məlum oldu ki, millət vəkilinə qarşı sosial şəbəkədə apardığım qanunazidd əməllə bağlı mənə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən şifahi xəbərdarlıq etmək istəyirlər. Amma o hansı millət vəkilidir, deyilmədi, mənim hansı fəaliyyətimdən söhbət gedir, bilmədim. Üstəlik, bildirdim ki, istinad etdikləri maddə özündə rəsmi xəbərdarlığı ehtiva edir. Buyurub, konkret fakt üzrə rəsmi xəbərdarlıqlarını elan etsinlər.
Reportyor.info xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə dəvət edilən jurnalist Həbibə Abdulla bildirib. O qeyd edib ki, heç bir millət vəkilini təhqir etməyib, heç bir deputata qarşı qanunazidd əmələ yol verməyib: “Xəyali əməllərə görə cəzalar artdıqca vəziyyət qəlizləşəcək, cənablar!”