Ermənistanın Baş naziri Nikol Paşinyan katolikos II Qareginin ötən gün Sardarapatdakı memorial kompleksə buraxılmamasına aydınlıq gətirib.
APA-nın xəbərinə görə, o bildirib ki, katolikos həmin vaxt kompleksdə keçirilən tədbirə dəvət olunmadığı üçün buraxılmayıb.
“Biz onun həmin tədbirə dəvət gözlədiyindən xəbərsiz idik. Polis orada sadəcə patriarxın öz tərəfdarları ilə birlikdə təxribat xarakterli addımlarını davam etmək istədiyini aydınlaşdırmağa çalışıb” – Paşinyan deyib.
Hökumət başçısı keşiş Baqrat Qalstanyanın onunla görüşmək istəyinə də aydınlıq gətirib. Paşinyan qeyd edib ki, istənilən şəxs bunun üçün müvafiq prosedurlardan keçməlidir.