08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

29 Avqust 2020, 12:57
Manşet
A A
Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Baş nazir Əli Əsədov tədris prosesi ilə bağlı qaydaları təsdiq edib.

Reportyor.info xəbər verir ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” qərardakı qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə hazırlanıb.

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilsin:

1.1. məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;

1.2. ümumi təhsil müəssisələrində:

1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə –

2020-ci il sentyabrın 15-dən;

1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziya larda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;

1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə  2020-ci il oktyabrın 1-dən;

1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.2.5. ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.3. peşə təhsili müəssisələrində:

1.3.1. qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.4. ali və orta ixtisas təhsili müəssisələrində:

1.4.1. I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;

1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.

2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci yarımbəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

3. Nəzərə alınsın ki, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitarepidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 (on) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri:

5.1. təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi davam etsinlər;

5.2. təhsil müəssisələrinə buraxılış rejiminin sanitarepidemioloji tələblər nəzərə alınmaqla təşkilini təmin etsinlər;

5.3. təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflərin/qrupların yarımqruplara bölünməsi, yaş qrupları/kursları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejiminin tətbiqi, dərs/məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, dərs/təlim və dərsdənkənar/praktiki məşğələ saatlarının və dərslərarası/ məşğələlərarası fasilələrin diferensiallaşdırılması və optimallaşdırılması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə “COVID-19” xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələlərini təlimin və tədrisin təşkili zamanı nəzərə alsınlar;

5.4. hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na uyğun tədbirlər görsünlər və müvafiq inzibati ərazi vahidinin ərazisində sanitarepidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratdığı barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul etsinlər;

5.5. bu Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsini təxirə salsınlar;

5.6. bu Qərarın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etsinlər.

6. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Əvvəlki yazı

Paşinyan Dağlıq Qarabağa gəldi

Sonrakı yazı

İcra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil etdi – VİDEO+FOTOLAR

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.