14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş həkim onkoloji xəstədən rüşvət istəyir – Hövsanda rəzalət…

09 Aprel 2020, 15:21
Araşdırma
A A
Baş həkim onkoloji xəstədən rüşvət istəyir – Hövsanda rəzalət…

Azərbaycan səhiyyəsində elə hadisələr olur ki, adamın qanı donur. Ölkənin səhiyyə sistemi elə bir rüşvət virusuna yoluxub ki, koronavirus onun yanında “toya getməlidir”.

Artıq baş həkimlər, onların müavinləri və sıravi həkimlər müstəntiqə, hakimə,  odioz məmurlara çevriliblər. Onlar sanki şəfqət verən, vətəndaşa qayğı göstərənlər yox, işgəncə maşınının vintləridirlər.

Bəzi həkimlərin davranışları onların Hippokrata yox, İudaya (İsa peyğəmbəri satan şagirdi) and içdikləri təəssuratı yaradır. Anaxeber.info-ya gələn vətəndaş məktubunu oxuyanda da bu fikirlərə gəlməmək olmur.

Belə ki, Məmmədova Sevinc Məmməd – Tağı qızı 2019-cu ildən bəri onkoloji xəsətliyi ilə əlaqədar əlillik ala bilmir.
Onun sözlərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkir və Hövsan qəsəbəsindəki 23 saylı poliklinikanın rəhbərliyi bu vəziyyətində onu intihar həddinə çatdırıb.

“2019-cu ilin dekabrından əlilliklə bağlı bütün sənədlərimi toplayıb  Hövsan qəsəbəsində 23 sayl poliklinikaya təqdim etmişdim. Məni onkoloq Nərgiz qəbul etdi və süründürməçiliyə başlandı.

Halım olmadığı üçün onkologiyadakı həkimim USM-dən imtina etməyimi təklif etdi. Ancaq qan analizi vermişdim.
Hövsandakı onkoloq Nərgiz isə yenidən USM-dən keçməyimi tələb etdi. Mən də keçdim”, – deyə S.Məmmədova məktubunda qeyd edib.

Onkoloji xəstənin dediyinə görə, bütün cavablar qaydasında olduğu halda, Nərgiz həkim yaşayış yerindən arayış tələb edib: “Halbuki, mən o qəsəbədə doğulmuşam və arayış da gətirdim. Sonra dedi ki, kart yeni açılıb, sizə pensiya düşməz, 6 aydan sonra alınar, gedin, gələn ay baxarıq.

Onun dediyi müddətdən sonra yenidən poliklinikaya getdim. Bu dəfə isə dedi ki, yerlər dolub, qol çəkdirib göndərə bilmərəm. Ondan “məni niyə belə süründürürsünüz?” soruşanda onkoloq Nərgizin cavabı belə oldu:

“Baş həkim Sənan Əliyev məndən pul istəyir. Ona görə sənədlərinizi elektron qaydada göndərə bilmirəm. Uzun mübahisədən sonra onkoloq Nərgiz məni Milli Onkologiya Mərkəzində USM-dən keçməyə sövq etdi. Dedi ki, biz öz USM-in cavabına inanmırıq”.

Göründüyü kimi, bütün bu get – gələ salmağın, işgəncənin, süründürməyin arxasında rüşvət maraqları dayanır.
Baş həkim Sənan Əliyevlə onkoloq Nərgiz xanım ölümlə mübarizə aparan, həyatla çarpışan birinə əlillik vermək üçün rüşvət istəyirlər.

S.Məmmədova məktubunda hadisələrin gedişini belə nəql edir: “Bu o deməkdir ki, poliklinikada savadsız kadrlar işləyir. Doğrudan da həkimin dilindən bu cür sozlerin eşidilməsi qəribədir. Çünki öz həkiminə güvənmir və Onkoloji Mərkəzin müayinəsinə göndərirlər. Nəhayət, MOM-da müayinədən yenidən keçməli oldum.

Sənədləri toplayıb, yenidən Hövsan qəsəbəsindəki poliklinikaya üz tutdum. Sənədlərim martın 7-də TSERAS-a göndərildi, bir ay sonra bizə rəsmi cavab gəldi.

Bildirilirdi ki, natamam doldurma səbəbindən sənədiniz geri qaytarılıb. Baş həkimdən bunu soruşanda dedi ki, bizlik deyil, çalışın “VTEK”-də özünüzə adam tapın, virusla əlaqəli belə şeylər zəruridir”.

Halbuki, virusun onlayn sistemə heç bir dəxli yoxdur. Bu, çox gülünc bir səbəb idi. Əgər deyildiyi kimi olsaydı, bizə başqa cavab verilərdi”.

Şikayətçi qeyd edir ki, onkoloq Nərgiz baş həkim Sənan Əliyevin yanında məni və qızımı nalayiq ifadələrlə təhqir edib: “Bu adam baş həkimdən qətiyyən çəkinmir, saymazlıq edir, qapını çırpıb otaqdan çıxır. Görəsən, belə kimə güvənir?!

Maraqlıdır, baş həkim onkoloqdan nə üçün çəkinir? – mənə sirr qaldı. Ancaq xərçəng xəstəsini bu qədər incitmək, aşağılamaq, süründürmək Allahsızlıqdır. Bütün əsəblərim gərginləşib, özüme cavabdeh deyiləm, intihar səviyyəsinə gəlmişəm…”

Vətəndaşın düşdüyü vəziyyəti oxucular yəqin ki, dərin ağrı ilə qarşıladılar. Amma onunla üzbəüz dayanan baş həkimlə onkoloqun vicdanı zərrə qədər sızıldamayıb.

Nərgiz həkim ən azından ona həmcinsi, bir qadın bir ana kimi baxmalıydı. Amma ölkənin səhiyyə sistemində rüşvət xərçəng kimi elə yayılıb ki, onkoloqları xəstəlikdən əziyyət çəkənlərin taleyi maraqlandırmır.

Hövsandakı 23 saylı poliklinikanın baş həkimi Sənan Əliyevin və onkoloq Nərgiz xanımın gözünü rüşvət virusu elə tutub ki, vətəndaşın ağır durumunu da düşmən kimi qarşılayırlar.

Əvvəlki yazı

Deputat: “Utanmasalar deyərlər ki, koronavirusu Azərbaycan yaradıb”

Sonrakı yazı

“Koronavirusdan sonra atamdan xəbər yoxdur” – Dilqəmin oğlu

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.