İspaniya La Liqasının 34-cü turunda “Espanyol” “Barselona” ilə qarşılaşıb. Maraqlı keçən qarşılaşma qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ən yaxın izləyicisi Real Madridlə 14 xal fərqlə İspaniya La Liqasının bitməsinə 4 həftə qalmış “Barselona” çempion oldu.
class=”medianet-inline-adv”>
“Barselona”ya çempionluğu gətirən qolları 11 və 40-cı dəqiqələrdə Robert Levandovski, 20-ci dəqiqədə Alejandro Balde və 53-cü dəqiqədə Jül Kounde vurub. “Barselona” La Liqada 3 mövsümdən sonra ilk dəfə çempion olub.