Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Qol.az xəbər verir ki, 3-cü matç günündə Lissabondakı “Eştadiu da Luş” stadionunda “Barselona” “Bavariya” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bundan əvvəlki oyunların nəticələrinə əsasən, PSJ və “Leyptsiq” yarımfinala yüksəlib.
14 avqust
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
15 avqust
23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)
12 avqust
“Atalanta” (İtaliya) – PSJ (Fransa) – 1:2
13 avqust
23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1