Almaniyalı qadının özünü barbi kuklasına bənzətmək üçün keçirdiyi əməliyyatlardan sonrakı halı hər kəsi heyrətə gətirir.
Reportyor.info xəbər verir ki, Vyanaya köçən 20 yaşlı model Cessi Banni indiki görünüşünü əldə etmək üçün nə az, nə çox düz 43 min dollar pul xərcləyib.
Əməliyyatlardan sonra isə inanılmaz şəkildə dəyişib. Qızın ilk halı ilə indiki arasında fərqi görənlər heyrətlərini gizlədə bilməyiblər.
Belə ki, model liposaksiya, yanaq və çənə dolğuları və dodaq dolğuları ilə kukla görünüşü almaq istəyib.
O, ilk əməliyyatını 18 yaşında keçirib. Sinəsini böyüdən Cessi əməliyyata 10 min dollar verib. O, bu pulu uşaqlığından bəri yığdığını bildirib.
Hazırda modelin “İnstagram”da 20 mindən çox izləyicisi var.




Discussion about this post