Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “İnstaqram” səhifəsindəki hekayələr bölməsində daha bir foto yayımlayıb.
Reportyor.info xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Şəkil “Sevan” adlandırılmış Göyçə gölünün sahilindəki “Yasəmən” restoranında çəkilib. Anna Akopyan Nikol Paşinyanın iştirakı ilə bir foto yayımlayıb, ikinci fotoda isə selfi çəkdirib.
Qeyd edilir ki, Paşinyanın xanımı sosial şəbəkələrdə kifayət qədər aktivdir.
P.S. Keşiş Baqratın İrəvanda, Gümrüdə və s. boğazını yırtaraq başına hakimiyyətə gəlmək üçün tərəfdar toplamaq üçün dəridən-qabıqdan çıxdığı bir vaxtda Paşinyanın belə qayğısız görkəmdə istirahət etməsi onu göstərir ki, o, erməni cəmiyyətinin böyük hissəsinin onu dəstəklədiyinə arxayındır…