27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baqrat geri çəkilir, bu yola əl atır – kritik ssenari

29 May 2024, 15:21
Gündəm, Manşet
A A
Baqrat geri çəkilir, bu yola əl atır – kritik ssenari

Ermənistan Baş naziri Nikol Paşinyanı devirmək planı alınmayan revanşist keşiş Baqrat Qalstanyan addım-addım siyasi iddialarından geri çəkilir. Keşiş rəhbərlik etdiyi revanşist hərəkatın gündəmində erkən parlament seçkilərinin olmadığını bildirib.

“İndi belə bir şeyi nəzərdən keçirmirik, ümumiyyətlə, bu haqda düşünmürük. İndiki mərhələdə bu haqda danışmağa belə ehtiyac yoxdur”, – Qalstanyan deyib.

Keşiş mayın 9-da İrəvanda mitinqə başlayanda Paşinyana istefa verməsi üçün bir saat vaxt vermişdi. Tələbi indiyədək yerinə yetirilməyən Baqrat bundan sonra baş nazirin impiçmenti məsələsini gündəmə gətirib, ancaq müxalifət parlamentdə azlıqda olduğu üçün bu, baş tutmayıb.

Baqrat Qalstanyan addım-addım siyasi iddialarından geri çəkilir?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, erməni kilsə hərəkatının müasir lokomotivi imicini yaratmaq istəyən keşiş Baqratın Paşinyanı devirə biləcək resurs və bazaya malik olmadığı aydın görünməkdədir:

“Bunu üç səbəblə izah etmək olar.

Birincisi, Nikol Paşinyan erməni cəmiyyətini Ermənistanı mümkün regional münaqişə perspektivi ilə artan qorxulara və narahatlıqlara öyrəşdirə bilib. Bunun üçün sülhün vacibliyini önə çəkən mövqelər Paşinyanın bəyanatlarında və bəzi addımlarında görünür.

Aydındır ki, Qalstanyan və digər revanşist qüvvələrin tezisləri, tərəfdarları Paşinyanın mövqeyi və elektoratı yanında çox sönükdür.

İkincisi, Paşinyan ölkə daxilindəki siyasi qüvvələrin daxili yerdəyişməsi perspektivini öz xeyrinə yönləndirə bilib və seçkilərdə qalib gəlib. Bunu onun həm kilsə, həm də diaspor üzərindəki cari şərait üçün nisbi qələbəsi kimi şərh oluna bilər.

Üçüncüsü, Paşinyan nə qədər Rusiyadan uzaqlaşıb Qərb sisteminin nüvəsinə çəkilmək istəsə də, Moskvanın İrəvan üzərindəki böyük təsirləri ucbatından istəyinə nail ola bilməyib. O, həmçinin Ermənistanı Rusiya ilə ABŞ arasındakı böyük sövdələşmə predmeti olmaq kimi klassik təcrübədən çıxarmağa da müyəssər olmayıb”.

Ekspert deyib ki, bu məntiqlə Ermənistandakı kilsə mərkəzli etirazlar həm Rusiyaya, həm də Qərbə sərfəli variant görünürdü:

“Hər ikisi bu etirazlardan Paşinyana qarşı cəza tədbiri kimi yararlanmaq niyyətində idi – məntiqləri fərqli olsa da.

Qeyd etdiyim üçüncü variantdan üç nəticə çıxarmaq olar:

– Paşinyan həm Qərbin, həm də Rusiyanın maraqlarını təmin edən uzlaşma metodologiyası tapıb və bunu tərəflərə çatdırıb. Əvəzində isə etirazlar, bu əmri verən mərkəzlər tərəfindən səngiyib.

– Paşinyan ümumiyyətlə seçici bazasına, elektoratına, mümkün seçkilərdəki qalibiyyət şanslarına güvənib hərəkət edir. Bu variantın həqiqilik nisbəti çoxdursa, onda Paşinyan, hətta mümkün təxribatları, iğtişaşları da gözə alır və belə qanlı proseslərin onu devirmək həddinə çatmayacğını düşünür.

– Ümumiyyətlə, Ermənistandakı kilsə provokasiyaları Paşinyanın layihəsidir və baş nazir özü bunu uğurla yönləndirir.

İndi üçün açılan mənzərə belə deməyə əsas verir ki, Paşinyan səbəblərdən asılı olmayaraq proseslərdən qalib çıxmaq əzmini göstərir.

Proseslərdə Azərbaycan üçün optimal ssenari Ermənistanda Paşinyanın öndərliyində siyasi sabitliyin qalmasıdır. Düzdür, Ermənistanda hər hansı iqtidar dəyişikliyi olsa belə, bu, Azərbaycanın yaratdığı regional reallıqları dəyişmək gücündə olmayacaq, lakin sülh gündəliyinin axsamaması üçün məqbul variant Paşinyanın hakimiyyətdə qalmasıdır”.

Əvvəlki yazı

Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir?

Sonrakı yazı

Xalq artistinin konsertində izdiham yaşandı – VİDEO – FOTOLAR

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.