06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BANKLAR VƏSAİTLƏRİNİN YARISINI DÖVRİYYƏDƏN ÇIXARIB – Tənəzzül davam edir

06 Mart 2018, 10:21
Sosial
A A
BANKLAR VƏSAİTLƏRİNİN YARISINI DÖVRİYYƏDƏN ÇIXARIB – Tənəzzül davam edir

Problemli dollar kreditləri, kreditləşmənin azalması və valyutadəyişmə istiqamətində gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum olmaları bankları çətin vəziyyətə salıb

Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır.  FED.az-ın xəbərinə görə,   müştərilərə verilən kreditlər azalaraq  11 milyard 242,2 milyon manata düşüb. Bu isə bankların kredit faizlərindən əldə etdikləri gəlirlərin kəskin azalması deməkdir.Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli yanvar ayında  1 faiz azalaraq, 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata düşüb. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.
2017-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin eyni dövründə bankların müştərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olmuşdu, başqa sözlə, 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma var.
Bankların kredit aktivliyinin azalması və izafi likvidlik bankların icmal hesabatında yeni mənzərəni ortaya qoyub. Belə ki, bankların pulu kreditlər yolu ilə iqtisadiyyata yönəltmək imkanları aşağı olduğundan, onlar hazır maliyyə alətlərinə yatırım edirlər. Təkcə bir ayda bank sektorunun qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 2 milyard 487 milyon manat olub. 31 dekabr 2017-ci il tarixinə isə bu göstərici cəmi 355 milyon manat təşkil edirdi.
Bankların Mərkəzi Bankın notlarına,  dövlət istiqrazlarına tələblərinin həddən artıq artması da bu artımı gözlənilən edirdi. Lakin müqayisə göstərir ki, hazırda rəqəmlər arasında 7 dəfəlik bir artım var və bu, kreditləşməyə açılmanın zərurətini əks etdirir.

Rəşad Həsənov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bankların bu durumunu şərh edən iqtisadçı ekspert Rəşad Həsənov də vurğuladı ki, Azərbaycanda bank sektoru son iki ildə tənəzzül dövrünü yaşayır: “Bu fonda gəlirlərin azalması proqnozlaşdırılan idi. Azərbaycanda banklar daha çox kreditlərdən gəlir əldə edirdilər. 2004-2014-cü illər üzrə bankların gəlirlərinin strukturunu tədqiq edən zaman aydın olur ki,  onların əldə etdiyi gəlirlərin hər 100 manatından 75 manatı məhz  kreditləşmədən, yəni kredit faizlərindən əldə olunan gəlirlərdir. Bu da bankların öz gəlir mənbələrini şaxələndirməməsi,  innovativ maliyyə alətlərindən zəif istifadə etməsi, təklif etdiyi xidmətlərin çeşidinin az olması faktları ilə yanaşı, paralel olaraq ölkədə kredit faizlərinin yüksək olması prosesə öz təsirini göstərdi. Həmçinin bank sektorunun 2003-cü ildən sonra sürətlə böyüməsi bu istiqamətdə gəlirlərin də artmasına  gətirib çıxarmışdı. 2015-ci ilin sonu, 2016-cı ildə bankların əsas gəlir mənbəyi kredit faizləri deyil, valyuta dəyişməsi prosesindən əldə olunan gəlirlər idi. Burada əsas səbəb valyuta bazarlarında müşahidə olunan xaos və marjanın kifayət qədər yüksəlməsi, bəzi hallarda 4 faizin üzərinə keçməsi, tələb-təklif, eyni zamanda bazarlarda aktivlik məsələləri öz təsirini göstərirdi. Bu dövr ərzində, xüsusən 2016-cı ildə bankların gəlirlərində konvertasiyadan əldə olunan vəsaitlər əhəmiyyətli paya malik idi. 2017-ci ilin fevralından sonrakı konyuktur bankları bu gəlirlərdən məhrum edib”.

Maliyyə bazarlarında valyutadəyişmə ilə bağlı vəziyyətin də sabitləşdiyini bildirən iqtisadçı bunu bir neçə amillə izah etdi: “Faktiki olaraq məzənnə sabitdir, adminstrativ formada müəyyənləşmiş bir məzənnə var. Bazarda dollara tələbat da aşağı düşüb. Əks  dollarlaşma prosesi cüzi də olsa öz simptomlarını göstərir. Belə bir şəraitdə məcburən təklif olunan konvertasiya marjası kiçilib. Faktiki olaraq banklar bu istiqamətdə də gəlirlərin əhəmiyyətli hissəsindən məhrum olublar. Kredit faizlərindən isə təbii ki, 2015-ci ildən sonrakı konyuktur bankların kredit siyasətini dəyişməsinə, portfelin sürətlə kiçilməsinə gətirib çıxarıb. Təkcə 2017-ci ildə portfel 4,6 milyard manata yaxın azaldı. 2015-ci ilin 31 dekabrı ilə 2017-ci ilin 31  dekabrı arasında müqayisə aparsaq, artıq bankların kredit portfeli 10 milyard manata yaxın azalıb. Banklar təxminən vəsaitlərinin 48 faizini dövriyyədən geri çəkiblər. Amma bu vəsaitləri bazarda yerləşdirə bilmirlər. Çünki həm risklər böyükdür,  həm də digər faktorlar var. Bankların gəlirlərinə mənfi təsir edən məqamlardan biri də toksik aktivlərin həcminin sürətlə artması oldu. Bu gün problemli kreditlər demək olar ki, hər 110 manatın 17 manatı həcmindədir. Bu, rəsmi rəqəmlərdir, qeyri-rəsmi informasiyaların təhlili onu göstərir ki, bu indiqatorlar daha yüksəkdir, təxminən 30 faizdir. Bu vəsaitlərdən banklar faktiki olaraq gəlir əldə edə bilmirlər. Bu özü də onların gəlir səviyyəsinə mənfi təsir göstərir”.

R.Həsənovun sözlərinə görə, hazırda müşahidə olunan trend ondan ibarətdir ki, banklar daha çox qiymətli kağızların bazarında təklif olunan dövlət zəmanətli alətlərdən istifadə edirlər: “Burada həm Maliyyə Nazirliyinin istiqrazları, həmçinin Mərkəzi Bank tərəfindən yerləşdirilən qısamüddətli notlar, eləcə də manatla depozitlər hesabına cəlb edilən vəsaitlərdən söhbət gedir. Banklar bu istiqamətdə yatırım etməklə müəyyən qədər aktivlərindən gəlir əldə etməyə çalışırlar. Ancaq bu istiqamətdə marja  kreditləşmə ilə müqayisədə daha aşağıdır. Eyni zamanda burada təşviq də aşağıdır. Banklar artıq bir neçə dəfə depozit hərraclarında vəsait yerləşdirmək istəsələr də, Mərkəzi Bankın təklifləri məhduddur, banklar faktiki olaraq əllərində olan izafi vəsaitləri bu hərraclarda belə yerləşdirə bilmirlər. Qeyd olunan faktorlar bankların mənfəət normasının azalmasına, gəlir səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, bu gün bankların bir neçəsi faktiki olaraq gəlirlə işləyir, ötən il  də gəlirlə işləyib. Bununla yanaşı, bir qism banklar ardıcıl olaraq son bir neçə ildə zərərlə fəaliyyət göstəriblər.  Bu bankların likvitlik səviyyəsindən, vəsaitləri idarəetmə qabiliyyətindən, həmçinin toksik aktivlərinin həcmindən asılı olan  bir göstəricidir. Zərərlə fəaliyyət göstərən bir neçə bank hazırki proseslər fonunda 2018-ci ildə öz mövcudluğunu qoruyub saxlaya bilməyəcək”.
Ekspertlər bildirir ki, bankların vəziyyətini çətinləşdirən amillərdən biri də dollarla olan kreditlərdir. Dövlətin bu məsələyə müdaxiləsi və yaranmış borclarda güzəştlərin edilməsi məqsədəuyğun sayılır.

Əvvəlki yazı

Deputatlar bu gün toplaşır – 24 məsələ müzakirə olunacaq

Sonrakı yazı

Narkoloji Mərkəzdə həlak olanlardan 16 nəfərin meyiti bu gün ailələrinə təhvil veriləcək

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.