07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bank BTB”Mehmandarovun nəticəsinin başına oyun açdı (FOTOLAR)

07 May 2018, 17:33
Sosial
A A
“Bank BTB”Mehmandarovun nəticəsinin başına oyun açdı (FOTOLAR)
AXC hökumətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarovanın 135 min manatlıq avtomobili əlindən alınıb.
“Qafqazinfo”ya müraciət edən A.Mehmandarova bildirib ki, 2014-cü ilin sonunda 10 XX 444 nömrəli, “Mercedes GL 500” markalı avtomobilini girov qoyaraq “Bank BTB”-dən 50 min dollar kredit götürüb: “Bank məndən 10 min “şapka” aldı, özümə 40 min verdilər. 9 ay ərzində 17 min 800 dollar pulu qaydasında ödədim. Devalvasiyaya görə problemlər yarandı, ödənişlər gecikdi. Bankın şikayəti əsasında məhkəmə maşından istifadəyə qadağa qoydu. Amma onun müsadirəsi və ya hərraca çıxarılıb satılması, kimlərə təhvil verilməsi barədə bir qərar verilmədi. Bir müddət sonra mən bankın baş ofisinə gedib maşının üzərindən həbsin götürülməsini istədim və sataraq borcumu ödəyəcəyimi bildirdim. Orada məni Samir Qəhrəmanov qəbul etdi və məni Problemli Kreditlər Departamentinin rəhbəri kimi təqdim etdiyi Cavid Zeynalovunyanına apardı. O da “niyə pulu ödəmirsən” deyib üstümə qışqırdı. Mən onlara izah etdim ki, hər iki uşağım xəstə olduğu üçün onları da müalicə etməliyəm, ona görə maşını satmalıyam. Onlar mənə dedilər ki, maşını satma, ucuza gedəcək. Təklif etdilər ki, avtomobili “V.İ.P Lizinq” şirkətinə verim, lizinqə salsınlar, mən də onlara pul ödəyim. Maşını onların salonuna təhvil verdim, iki gün sonra sənədləşmə üçün məndən 7800 manat istədilər, vermədim. Dedim o qədər pulum olsa, banka ödəyərəm. Məni hədələyib həbs etdirəcəklərini dedilər. Samir və Cavid maşını da mənə qaytarmadılar. Dörd ay sonra  banka müraciət etdim, onlar maşının bankda olmadığını dedilər və Samirlə Cavidin banka aidiyyatı olmadığını, sadəcə lizinq şirkətində işlədiklərini dedilər.
Mən “102” xidmətinə zəng edib şikayət etdim, işi 37-ci bölməyə verdilər. Samir və Cavid gəlib bölmədə məni təhqir etdilər. Təhqiqatçı Vilazim Musayev təklif etdi ki, maşını yoxlanış olmadan qəbul edim. Mən etiraz etdim və hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmasını istədim. Dedim neçə aydı maşın onlardadı, bəlkə cinayət törədiblər, bəlkə içinə narkotik qoyublar ya da hansısa hissəsini dəyişiblər. Vilazim Musayev dedi bunu etsən onlar başqa cür davranacaq. Mən razılaşmadım, ondan sonra hara şikayət etdimsə, onlar rüşvət verib işi bağladılar, cinayət işinə də xitam verildi. Bir neçə ay sonra maşınım “AMAY” Ticarət Mərkəzinin dayanacağında tapıldı, mən ora gedib baxdım. Avtomobilin qapıları açıq, hər tərəfi də əzilmiş, nasaz vəziyyətdədir. Məhkəmə eksperti maşını 135 min manat qiymətləndirib. Maşın mənim adımadır, mənim mülkiyyətimdir, amma özümə verilmir. Bank da məndən pulu tələb edir”.
Samir Qəhrəmanov isə “Qafqazinfo”ya açıqlamasında Mehmandarovanın dediklərini yalan adlandırıb: “Onun dedikləri düz olsaydı, indi bizlə bağlı istintaq gedərdi. Hansı zəmanədə yaşayırıq ki, kiminsə əlindən maşını alasan qaytarmayasan. Onun maşını bizdə deyil, bankın girovluğundadır”.

Əvvəlki yazı

Bakıda səkiləri zəbt edən avtomobillər – VİDEOREPORTAJ

Sonrakı yazı

Elçin Əlibəylinin verilişi nəzarətə götürüldü – MTRŞ-dən açıqlama

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.