05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bank borcuna görə ölkədən çıxışın yasaqlanması kütləvi hal alıb

10 Yanvar 2019, 10:49
Gündəm
A A
Bank borcuna görə ölkədən çıxışın yasaqlanması kütləvi hal alıb

Hüquqşünas: “Bir çox hallarda belə qadağa qanunvericiliyə zidd şəkildə tətbiq olunur”

Son aylarda Azərbaycanda problemli kreditlərin həcmində müəyyən azalma qeydə alınsa da, onun yaratdığı problemlər getdikcə artmaqdadır. Mərkəzi Bankın açıqladığı məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 milyard 688,7 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 0,6 faiz az deməkdir.

2018-ci ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 3,8 faiz artıb, 2017-ci il dekabrın 1-nə nisbətən isə 10,7 faiz azalıb. Ötən il noyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,4 faiz təşkil edib.

Ötən il ərzində 2015-ci ildə verilmiş kreditlərin əksəriyyətinin qaytarma müddəti bitdiyinə görə banklar kütləvi şəkildə borclu vətəndaşlarla bağlı məhkəmələrə müraciət edirlər. Bunun əsas səbəbi kimi isə iddia müddətinin itirilməməsi istəyi göstərilir. Nəticədə minlərlə şəxsin Azərbaycandan çıxışına qadağa qoyulur. Bu isə vətəndaşların hərəkət azadlığının pozulmasına, əhali arasında sosial narazılığın yaranmasına gətirib çıxarır.

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycan hüquq qanunvericiliyinə əsasən borcunu ödəməyə imkanı olmayan vətəndaşın hərəkətinə, azadlığına hər hansı məhdudiyyət qoyulması yolverilməzdir: “Bu, Azərbaycanın imzaladığı konvensiyalarda da öz əksini tapıb. Bu baxımdan, bank iddia qaldırmış olsa belə, vətəndaşın hərəkətinə məhdudiyyət yalnız onun ödəniş qabiliyyətinin olması məhkəmə yolu ilə isbat edildikdən sonra qoyula bilər. Bu o deməkdir ki, bank borcuna görə vətəndaşın ölkədən çıxışına yalnız məhkəmə qərarı ilə qadağa qoyulmalıdır. Yəni məsələn, məhkəmə qərar çıxarır ki, bankın iddiası təmin edilsin, kredit məbləği vətəndaşdan tutulub banka ödənsin. Və qərarı göndərir məhkəmə icraçılarına. Məhkəmə icraçıları isə təsbit edirlər ki, bu vətəndaşın borcu ödəməyə imkanı var, amma ödəmir, bu halda təsir vasitəsi kimi onun ölkədən çıxışına qadağa qoyulmasına dair məhkəmə qarşısında məsələ qaldırırlar. Məhkəmədə borclunun ödəniş imkanının olduğu sübuta yetiriləndən sonra onun hərəkətinə, ölkədən çıxışına yasaq qoyula bilər. Bu yasaq qərarı Ədliyyə Nazirliyinin saytında yerləşdirilir və istənilən vətəndaş öz barəsində belə bir qərarın olub-olmadığına dair məlumat almaq istəyirsə, şəxsi məlumatlarını daxil etməklə onu əldə edə bilir”.

ÆkrÉm HÉsÉnov ile ilgili görsel sonucu

Hüquqşünas bildirir ki, praktikada qanunvericiliyin tələbləri əksər hallarda bilərəkdən pozulmaqla vətəndaşların ölkədən çıxışına məhdudiyyət tətbiq edilir:“Bunu da edirlər icra məmurları. Onlar hansısa korrupsiya maraqlarından çıxış edərək, barələrində məhkəmə qərarı verilmiş, Azərbaycandan kənara çıxmaq ehtimalı olan şəxsləri müəyyənləşdirib belə bir qadağanı tətbiq etməyə çalışırlar. Dəfələrlə belə vətəndaşların şikayətləri olub ki, məhkəmə icraçıları onlardan çıxışlarına yasaq qoyulmaması üçün müəyyən məbləğ istəyiblər, verməyənlərə ”stop” qoydurublar. Təsəvvür edin ki, minlərlə adam 2-3 uşaqla arvadını boşayır, aliment ödəmir, məhkəmə icraçıları onların çıxışlarına qadağa qoydurmurlar. Amma banklara borclu olanlara qarşı belə qadağa dərhal tətbiq olunur. Çünki icraçıların da burada marağı olur”.

Ekspert deyir ki, son vaxtlar bank borcluları ilə bağlı məhkəmə qərarı olmadan da çıxışa qadağa tətbiq olunur:“Qanunvericilik müəyyən hallarda şəxsin barəsində qısamüddətli qadağa qoyula bilər. Hansısa cinayət işi, yaxud adi araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının tədqimatı ilə, amma yenə məhkəmə qərarı əsasında bir neçə günlük çıxış yasağı qoyula bilər. Amma belə qərarlar qısamüddətli olmalıdır. İndi belə qərarı banklar hüquq-mühafizə orqanlarının vasitəsilə əldə edirlər, amma uzun müddətə. Əvvəllər bu cür qadağalar Beynəlxalq Banka borcu olanlara daha çox tətbiq olunurdu. Son vaxtlar banklar tərəfindən yüzlərlə şəxsə qarşı belə qadağaların qoyulmasına nail olunub. Hətta belə şəxslərdən bir çoxu müvafiq qurumlara rəsmən müraciət etdikdə onlara çıxışlarına qadağa qoyulmadığına dair məlumat verilir. Çünki addım qanunsuz olduğu üçün rəsmi cavabda onu qeyd edə bilməzlər. Amma real olaraq ölkədən çıxmaq istəyən vətəndaşa imkan verilmir. Elə bu gün mənə bir nəfər Almaniya vətəndaşı olan azərbaycanlı müraciət edib. Bayram ərəfəsində Azərbaycana gəlib, yanvarın 4-də qayıtmaq istəyib, deyiblər ki, ”stop”dasan, get Ədliyyə Nazirliyinə müraciət et. Oradan isə bildiriblər ki, hələ Azərbaycan vətəndaşı olduğu dövrdə – 2012-ci ildə kredit alan kiməsə zamin durub, həmin şəxs borcunu ödəmədiyinə görə bunun da çıxışı stoplanıb. Adam indi 4 gündür ki, məhkəmənin həmin qərarını alıb ödənişi edə bilmir – qərar heç yerdə yoxdur. Yaxud “AccessBank” çoxlu sayda iş adamının çıxışına qadağa qoydurub – məhkəmə qərarı olmadan. Yəni belə absurd hallar çoxdur, getdikcə də artır. Bu, problemli kreditlərlə bağlı məsələ həll olunanadək davam edəcək”.

DÜNYA,
“Yeni Müsavat”

Əvvəlki yazı

Atəşkəs 30 dəfə pozulub- Düşmən pulemyotları susmur

Sonrakı yazı

Rüfət Aslanlı türk iş adamına necə kələk gəlib – həbs təhlükəsi

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.