04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bandotdel” əməliyyat keçirdi: 11 nəfər saxlanıldı (FOTO/VİDEO)

11 Yanvar 2021, 17:59
Araşdırma
A A
“Bandotdel” əməliyyat keçirdi: 11 nəfər saxlanıldı (FOTO/VİDEO)

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Reportyor.info-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub. Onun evində axtarış aparılan zaman 9 kq-a yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə marixuana aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş vətəndaş Polad Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd “Mauzer” markalı tapança aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən vətəndaş Rəşad Ələsgərli tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Baş İdərənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş vətəndaş Əkbər Nağıyev tutulub. Onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş “TOZ” markalı ov tüfəngi və həmin silaha aid 8 ədəd patron aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb.Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Marqolin” konstruksiyalı tapança, həmin silaha məxsus 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb.Onun üzərindən bir ədəd “Makarov” markalı tapança,həmin silaha aid 1 ədəd səsboğucu, 1 ədəd daraq və 7 ədəd patron aşkar edilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib.Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kq narkotik vasitə aşkar edilib.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” tipli tapança aşkar edilib.
İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 2 nəfər – Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar. Bu şəxslərdən 5 qramdan artıq narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Əvvəlki yazı

Qanunsuz sahibkarlıqla məşğul olan vəzifəli şəxslər saxlanıldı

Sonrakı yazı

Pakistanın Hərbi Hava Qüvvələri komandanı Bakıda

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.