Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reportyor.info-nun Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.
İlkin məlumata əsasən qəza nəticəsində avtomobildə olan 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, digər ailə üzvləri xəsarət alıb.
Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.