21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıya erməni jurnalistlər gəlib? – Amaşov danışdı

19 Noyabr 2019, 12:18
Gündəm, Seçmə
A A
Bakıya erməni jurnalistlər gəlib? – Amaşov danışdı

Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfər etməsinə münasibət bildirib.

Ə. Amaşov APA-ya açıqlamasında bildirib ki, son günlər erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir: “Mənə də müraciət edib məsələ ilə bağlı fikirlərimi öyrənmək istəyənlər çoxdur. Münasibətimi qısaca açıqlamaq istəyirəm.

Hamıya məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal otuz ilə yaxındır ki, davam edir. O da məlumdur ki, Azərbaycan dövləti, ölkəmizin hər bir vətəndaşı bununla barışmayacaqdır. Torpaqlarımızın işğaldan azad olunması ümumi, həm də müqəddəs məqsədimizdir. Bütün fəaliyyətimiz buna köklənib. İstərdim ki, məhz bunu əsas tutaq və bu baxımdan məsələnin erməni jurnalistlər Azərbaycana gəlsinlər və ya gəlməsinlər, yaxud bizimkilər düşmən ölkəyə getsinlər ya getməsinlər kimi qoyuluşunu düzgün saymıram. Nəzərə alaq ki, ümumən intellektual təmas önəmlidir”.

MŞ sədri qeyd edib ki, 2001-ci ilə qədər qarşılıqlı jurnalist səfərləri olub: “O zaman bir ümid var idi. Ermənistan ictimaiyyətində belə demək mümkünsə, yumşalmalar nəzərə çarpırdı. 1999-cu ildə oradakı məlum parlament güllə-boranından sonra siyasi proseslərin səmti dəyişməyə başladı. Nəticədə Ermənistan danışıqlardan dolayı yolla geri çəkildi. Getdikcə proses düyünə düşdü. Ümumən siyasi durumun dəyişməsi jurnalist səfərlərinə də təsir göstərdi. Səfərlər səngidi, sonra dayandı. Bildiyimə görə, Azərbaycandan Ermənistana ən son gedən jurnalist «Turan» İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevdir. Səfər bu ilin əvvəlində gerçəkləşmişdi və onun faydalı olduğunu düşünürəm.

Yenidən məsələyə qayıdıram. 1999-2001-ci illərdə istəyimiz bu idi ki, Ermənistan cəmiyyəti real vəziyyəti anlasın. Bunu indi də istəyirik. Çünki erməni cəmiyyətinin bu gün də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün təsəvvürdə deyil. Münaqişənin mahiyyəti tamamilə yanlış interpretasiya edilib. Bu, onların siyasi məqsədlərindən irəli gəlib”.

Ə. Amaşov hesab edir ki, məsələyə soyuq yanaşmalıyıq: “Daha doğrusu, sülh axtarışı gedir, bu prosesə təkan verə biləcək istənilən təşəbbüsləri dəyərləndirmək lazımdır. Düşmənlə danışıq adlı prosesi öz xeyrimizə çevirmə imkanlarının hər birindən faydalanmalıyıq. Bəli, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün düşməndir. Amma bizim bu gün Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərlə qurduğumuz münasibətin adı sülh danışığıdır. Dövlətimiz buna çalışır. Təbii, sülh ədalətli şərtlərlə olmalıdır. Yəni Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır. Bu məsələdə hər hansı güzəşt ola bilməz. Əgər müharibə aparmağa qərar verəcəyiksə, ermənilərə bir haqq verə bilərik. Ancaq təslim olmaq haqqını…”

Əvvəlki yazı

Milli Məclisin plenar iclası başlayıb

Sonrakı yazı

Erməni jurnalistlər Bakıya “gizli” gəldi

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.