10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakının son müharibə hazırlıqları – İsraillə yeni müqavilə, arsenala alınan qorxunc silahlar…

19 Fevral 2019, 11:40
Manşet
A A
Bakının son müharibə hazırlıqları – İsraillə yeni müqavilə, arsenala alınan qorxunc silahlar…

Azərbaycan hərbi qələbənin əsas şərti sayılan havada üstünlüyünü daha da gücləndirir; müdafiə nazirinin Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirdiyi görüşlərin pərdəarxası – “səsi” sonra çıxacaq…

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri davam edir. Səfər çərçivəsində nazir öncə Əbu-Dabidə keçirilən “İDEX – 2019″ Beynəlxalq Müdafiə Sərgisinin açılışında iştirak edib. Sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələri, o sırada Türkiyə istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Z.Həsənov qardaş ölkəyə məxsus şirkətlərin rəhbərləri ilə də görüşərək Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyin vacibliyini vurğulayıb, hərbi sferada ortaq layihələrin iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu söyləyib. O, həmçinin belaruslu həmkarı, general-leytenant Andrey Ravkovla bir araya gəlib. Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti habelə Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Azərbaycan ordusunun arsenalını gücləndirəcək silah və texnika ilə yaxından maraqlanıb. Bu məqsədlə Zakir Həsənov Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

akir Həsənov Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ile ilgili görsel sonucu

*****

Türkiyə və Belarus Rusiya və İsraildən sonra Azərbaycanın əsas silah tədarükçüləri hesab edilir. Yeri gəlmişkən, Azərbaycanın Belarusdan aldığı və “İsgəndər M”in analoqu sayılan “Polonez” zenit-raket sistemlərinin Ermənistanda təlaş doğurduğu barədə məlumat vermişik. Az sonra İsraildən “Orbiter-1K” dron-kamikadzelərin (pilotsuz uçan aparatların) tədarükünün bərpa ediləcəyi xəbəri İrəvanda ciddi narahatlıq doğurdu. Ermənistan XİN-dən bununla bağlı etiraz bəyanatı gəldi.

Ardınca Azərbaycanın silahlanmasına Türkiyə istehsalı olan “SOM – 1B” qanadlı raketlərin daxil olması düşmən ölkədə təlaş yaratdı. Bütün bunlar Azərbaycanın silah arsenalında olan qorxunc silahlardan yalnız bəzilərinin adlarıdır. Heç şübhə yox ki, Zakir Həsənovun BƏƏ-yə səfərindən sonra imzalanacaq yeni hərbi anlaşmalar əsasında onların sırasına yeniləri əlavə olunacaq…

*****

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan da “İDEX – 2019″ Beynəlxalq Müdafiə Sərgisinə qatılıb. Ancaq Ermənistanın bahalı silah-sursata və müasir döyüş sistemlərinə böyük məbləğdə pulu haradandır ki? Ermənilər Rusiyanın cibinə və əlinə baxmaq, Rusiyanın vaxtaşırı ”tula payı” kimi verdiyi silah-sursata, ən aşağı kredit faizi ilə və uzun müddətə ayırdığı silah kreditlərinə qane olmaq zorundadırlar.

Söz düşmüşkən, “Rusiyanın ayırdığı sonuncu 100 milyon dollarlıq sazişin həyata keçirilməsindən sonra Ermənistan Rusiyadan yeni silah krediti ala bilər”. Bunu sərginin gedişində “RİA Novosti”yə verdiyi açıqlamada  David Tonoyan bildirib. “Bu mümkündür. Konkret olaraq söhbətin hansı silahlardan getməsi barədə danışmaq hələ tezdir”, – deyə o bildirib. Erməni nazirin sözlərinə görə, Ermənistan 2019-cu ilin sonları – 2020-ci ilin əvvəllərində Rusiyadan 4 ədəd “Su-30SM” qırıcısı almaq niyyətindədir. “Ümumilikdə isə 12 belə təyyarənin alışı arzu ediləndir” – Tonoyan əlavə edib.

Ancaq ruslar demiş, arzu ilə yaşamaq ziyanlı iş deyil. Düşmən ölkə isə silah məsələsində Moskvanın göstərişi ilə “ayağını yorğanına görə uzatmaq” məcburiyyətindədir. Əgər yeni hökumət də özünü “sözəbaxan”, yaxşı aparsa, Qərb-Rusiya oyunu oynamasa, ola bilsin ona yeni kredit tranşı və bir-iki qırıcı verilsin. Hələ ki Ermənistan Rusiyadan vaxtaşırı silah kreditləri alır. Daha öncə İrəvan Moskvadan 200 milyon dollar məbləğində silah krediti almışdı.

*****

akir Həsənov Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ile ilgili görsel sonucu

Azərbaycan isə özünün hərbi potensialını və silahlı qüvvələrinin döyüş qabiliyyətini daha da artırmaq üçün strategiyasını cilalamaqda davam etdirir. Bu strategiya  təkcə effektli müdafiəni deyil, eyni zamanda, yüz faiz uğurlu hücum taktikasını özündə ehtiva edir. Ən önəmlisi odur ki, iqtisadi tənəzzül içində olan kasıb Ermənistandan fərqli olaraq, Bakı silahlanma siyasətini şaxələndirmək imkanına malikdir və bu yöndə imkanlarını ilbəil artırır. Paralel surətdə özünün hərbi-sənaye kompleksini gücləndirir. İndi ordumuzun silah arsenalında yerli istehsallı və müştərək istehsalın məhsulları da az deyil. Bu isə müharibə zamanı mühüm önəm kəsb edir.

Sülh danışıqlarında yenidən müşahidə edilən durğunluq, İrəvan rəsmilərinin, xüsusən d baş nazir Nikol Paşinyanın son vaxtlar konfliktin həllini bir az da dalana dirəyən absurd və həyasız açıqlamaları fonunda silahlanma məsələsi, hərbi faktor indi məxsusi önəm kəsb edir. Doğrudur, hərbi yolla ərazilərimizin azad edilməsi üçün hələ ki bütün məqbul geosiyasi şərtlər mövcud deyil. Lakin güclü ordu danışıq masası arxasında da çəkindirici amildir. Necə deyərlər, sülh istəyiriksə, gərək müharibəyə hazır olaq.

*****

“Orbiter 1K” ile ilgili görsel sonucu

Bu arada silahlarla bağlı işğalçı ölkə üçün növbəti bəd xəbər gəlib. İsrailin “Aeronautics Defense Systems Ltd.” şirkəti Azərbaycanla yeni müqavilənin bağlandığını elan edib. Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verib ki, bu bəyanat şirkətin ixrac lisenziyasının bərpa edilməsindən iki həftə sonra verilib. Bəyanata əsasən Azərbaycanla imzalanmış 13 milyon dollarlıq müqavilə “Orbiter 1K” kamikadze-dronlarının “təmir işlərini” nəzərdə tutur və iki il ərzində yerinə yetirilməlidir.

Bir daha xatırladaq ki, “Aeronautics Defense Systems Ltd.” şirkəti iki il əvvəl Azərbaycana “Orbiter 1K” kamikadze-dronlarının satışı ilə bağlı qalmaqalla üzləşmişdi. Belə ki, şirkətin iki meneceri həmin dronları Azərbaycan tərəfinə təqdim edərkən qaydaları pozmuşdu. Bildirilirdi ki, Azərbaycan tərəfi dronların göstəricilərinə əmin olmaq üçün israillilərdən onu təmas xəttində erməni mövqelərində tətbiq etməyi istəyib. Dronla erməni postu vurulsa da, ciddi itki baş verməyib. Hadisədən sonra şirkətin Azərbaycanla əməkdaşlığı dayandırıldı və təhqiqat başladı. Nəhayət, iki həftə əvvəl İsrail hökuməti şirkətin ixrac lisenziyasını bərpa etdi, amma üç yüksək rütbəli əməkdaşını ixrac əməliyyatlarından kənarlaşdırdı.

Məlumat üçün bildirək ki, “Orbiter-1K” kamikadze-dronları 2.5 kiloqram ağırlığında döyüş başlığına malikdir və üç saata yaxın havada qalır. Aparat sutkanın gecə və gündüz saatlarında işləyə bilən kamera ilə təchiz edilib. Döyüş sursatının buraxılması katapultun köməyi ilə həyata keçirilir. Azərbaycan artıq İsraildən “Orbiter-1K” dronlarının iri partiyasını alıb. Habelə İsraillə əməkdaşlıq şəraitində öz ərazisində “Zərbə” kamikadze-dronlarının seriya istehsalını təşkil edib. Azərbaycan ordusu pilotsuz kəşfiyyat və döyüş aparatlarının geniş çeşidinə malikdir.

Əksər hərbi ekspertlərə görə isə müharibəni o ölkə udacaq ki, havada üstünlüyü olsun…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

Hökumət İbrahimbəyovu niyə əfv etdi? – “Bir daha siyasətə qoşulmayacaq”

Sonrakı yazı

Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı – erməni Harnik Vardanyan (VİDEO)

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.