24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakının Nəsimisini soyan “Yaşbək” başçıdan prezidentə dosye – Video

11 İyun 2018, 23:58
Seçmə, Manşet
A A
Bakının Nəsimisini soyan “Yaşbək” başçıdan prezidentə dosye – Video

“Gəl bu Nəsimini sərpa soyarlar, ağramaz…”. Bu sözləri İmadəddin Nəsimi bilsəydi ki, onun adına olan rayondakı yaşıllıqlara şamil edirlər, hürufi üsyanı qaldırardı.

Çünki böyük və ləyaqətli sufi şairin adını daşıyan Bakının Nəsimi rayonu yerli icra hakimiyyəti başçısı Asif Əsgərov tərəfindən sərpa soyulur, ağrayır…

Reportyor.info xəbər verir ki, son aylarda paytaxtın heç bir rayonuna qarşı belə amansız münasibət göstərilmir.

Bir müddət əvvəl Xətai və Nizami rayonlarında ağaclara qənim kəsilən yerli icra hakimiyyətlərinin trendinə Nəsimi rayonu da qoşularaq onlardan geri qalmayıb.

Görünür, A.Əsgərov Nizami RİH başçısı Arif Qasımov və Xətai RİH-dəki həmkarı Razim Məmmədovdan “nəyim əskikdir” deyərək hərəkətə keçməkdədir.

Ona görə də şəhərin mərkəzi rayonu olan Nəsiminin yaşıllıqlarına “divan tutur”, meşəlikləri qırdırır, satmağa boş ərazi qoymur.

Elə bir neçə gün qabaq 20 Yanvar küçəsində FHN-ə məxsus su anbarının üstündə qanunsuz tikinti aparılması, o cümlədən ərazidə yaşıllıqların qırılması sakinləri ayağa qaldırmışdı.

Onlar Nəsimi RİH başçısı Arif Əsgərovu ittiham edirdilər. Amma təkcə sözügedən küçənin sakinləri deyil ki…

Onun boş gördüyü əraziləri peşkəş etməsi, yaşıllıqları genosid edərək iş adamlarına satması, rayona tarla kimi baxması, inkişaf üçün bir addım atmaması göz qabağındadır.

Məsələn, Nəsimi rayonu 31 ünvanda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üzrə işlərə başlanıldığını demək olar.

Nəsimi rayon Əlimardan bəy Topçubaşov küçəsi 88 və 90 ünvanında yaşayan sakinlərin aparılan pilot layihə ilə bağlı şikayət və iddiaları da kifayət qədər ilgincdir.

Sökülən evlərə müxtəlif məbləğdə kompensasiya təyin edilir. Bundan başqa tikinti şirkətinin nümayəndəsinin vətəndaşlara icra hakimiyyətindən onlardan 20 min manat rüşvət istəməsi bildirilir.

Başqa bir yeni fakta diqqət edək: Nəsiminin keçmiş başçısı ilə əlbir olan iş adamı Fədai İmanov son bir neçə il ərzində müxtəlif tikinti şirkətləri təsis edərək, bu ad altında ərazidə onlarla binalar inşa edib.

Onun apardığı tikinti ərazilərində demək olar ki, yaşıllıqlar kütləvi şəkildə qırılıb və bu hadisə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.

Sakinlər “yaşıl terroru”la bağlı müxtəlif instansiyalara, eyni zamanda KİV-nə müraciətlər ünlayıblar.

Amma buna baxmayaraq, Fədai İmanovla bağlı heç bir tədbir görülmür. Yəni, indiki icra başçısı da məsələnin üstündən sükutla keçir. Görünür ki, maraqları təmin olunub.

Reportyor.info yada salır ki, 4-cü mikrorayon, Əliisgəndər İsgəndərov küçəsinin sakinləri yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı.

Yaşıllıqların yerində 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirirmiş.

Bu faktla iş bitmir. Nəsiminin icra başçısı Hüseynbala Əliyev küçəsində də təbiətə düşmənçilik etmişdi.

“Çıxdıq yaşıllığı qorumağa, polisi tökdülər əraziyə, bizi kürüyüb tulladılar kənara, cavanları yığıb şöbəyə apardılar. Bununla belə, səsimizi kəsə bilməyəcəklər, biz burda bina tikintisinə imkan veməyəcəyik”-sakinlər demişdilər.

“MİD 17” MTK ərazidə çoxmərtəbəli bina tikməyə başlayıb. Daha doğrusu, sakinlərin çabalarına baxmayaraq, artıq binanın özülü qazılıb.

Onlarla belə faktlar təqdim etmək olar ki, Nəsimi icra hakiminin ekologiyaya, oksigenə necə qənim kəsildiyinə şahidlik edəsən.

Sakinlər deyirlər ki, belə başçı olmaz olsun. Onlar prezidentin son dövrlər icra başçıları ilə bağlı etdiyi dəyişikliklər növbəsinin Nəsimiyə çatacağına ümid edirlər.

Nəsimi camaatı hesab edir ki, prezident operativ olaraq bu rayona müdaxilə etməlidir. Necə ki, Yasamalda 1000-dən çox ağac kəsən şirkət cəzalandırılmışdı.

İkincisi, Nəsimi Bakının gözünün işığıdır və mərkəzi rayondur. Yəni, Suraxanı, Binəqədi, Xəzər kimi ətraf rayonlar deyil, paytaxtın tən ortasıdır.

Ona görə A.Əsgərovun şəhərin mərkəzindəki ağaclara “divan tutması”na imkan vermək olmaz.

Üstəlik, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva respublikanın bir çox ərazilərində ağacəkmə kampanoiyaları həyata keçirir.

Nəsimi icra hakimi isə yaşıllıqları tikinti firmalarına qurban verməklə dövlətin və prezidentin siyasətinə zidd getməkdədir.

Bu arada yeri gəlmişkən, anaxeber.az yazmışdı ki, Nəsimi RİH başçısı A.Əsgərov övladı İlham Əsgərlinin ölümlə nəticələnən ağır yol qəzası törətdikdən sonra vətənpərvərliyi sığınacaq seçimi etməkdədir.

Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən A.Əsgərov oğlunun həbsxana hücrəsindən çıxarar-çıxarmaz cəbhə xəttinə səfərləri intensivləşdirdi.

Nə hikmətdirsə, cəbhəboyu bölgələrin, işğalda olan rayonların icra başçıları cəbhə xəttinə, səngərlərə getmirlər, görüşlər keçirmirlər, əsgərlərlə şəkil çəkdirmirlər, di gəl Bakının tən ortasındakı elitar rayonun icra başçısı hərbçilərimizə ürək qızdırır.

Nədənsə, Səbayel rayon icra başçısı olduğu dövrdə cəbhə xəttinə getməyən A.Əsgərov oğlunu müalicə adı ilə həbsdən çıxardıqdan sonra Nəsimi RİH rəhbəri olduğu dönəmdə səfərlərə ayaq açdı…

Qeyd edək ki, dərisi soyulan şair Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə olub.

Bu gün XXI əsrdir və dərisi soyulan şairin adını daşıyan rayon da öz rəhbəri tərəfindən oxşar aqibəti yaşamaqdadır. Biz isə istənilən halda rəhbərliyin mövqeyini dərc edə bilərik.

REPORTYOR.info

 

https://www.youtube.com/watch?v=mNYuBB5llQU&t=17s

Əvvəlki yazı

Vidadi İsayevin qanunsuz əməlini polis aşkarladı: icra başçısı minnətçi düşdü

Sonrakı yazı

Prezidentə yalan məlumat verib 3 milyon necə aldılar? – HƏR ŞEY ”FÖVQƏLNAZİRLƏ” DEPUTATIN MÜSİQİÇİ HƏMRƏYLİYİNDƏN BAŞLAYIB

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.