20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri

15 May 2019, 14:29
Manşet
A A
Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri

Erməni baş nazir Çinə niyə gedib – böyük fiaskonun pərdəarxası; iqtisadçı ekspert: “Azərbaycanın iştirakçısı olduğu layihələrdən təcrid edilmək İrəvanı sərmayə axtarışına məcbur edir…”

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Çinə iki günlük işgüzar səfərə gedib. Erməni qaynaqlarının məlumatına görə, səfərdə əsas məqsəd ikitərəfli əlaqələrin inkişafıdır. Elə məsələ də, faktiki, Rusiyanın ucqar və geridə qalmış quberniyası statusunda olan, Qarabağın işğalına görə on illərdir blokadada inləyən bu cırtdan ölkənin iqtisadi nəhəng sayılan Çinə nə təklif edəcəyidir.

Xatırladaq ki, ötən ay Pekində strateji əhəmiyyətli “Bir kəmər – bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində 37 dövlət və hökumət başçısının qatıldığı ikinci toplantı keçirilib. Azərbaycan prezidentinin də iştirak elədiyi tədbirə Nikol Paşinyan qatılmamışdı. O səbəbə ki, Ermənistan bu layihə üçün önəmli tranzit ölkə hesab edilmir.

Bu üzdən forum işğalçı Ermənistanda ciddi narahatlıq doğurdu. Daha bir səbəb: Azərbaycan prezidentinin Pekin səfəri zamanı iki ölkə şirkətləri arasında müxtəlif istiqamətlər üzrə dəyəri bir milyarda yaxın olan (821 milyon) 10 müxtəlif sənəd imzalanıb. Bu anlaşmalar ölkəmizə yeni Çin sərmayəsinin axınını gücləndirəcək. Bütövlükdə Pekin tədbirində 64 milyard dollar dəyərində 283 müqavilə imzalanıb ki, Azərbaycandan fərqli olaraq, Ermənistan onlardan heç bir pay ala bilməyib.

pashinyan china ile ilgili görsel sonucu

Xatırladaq ki, “Bir kəmər – bir yol” layihəsi dünya iqtisadiyyatının 40, əhalisinin isə 65 faizini əhatə edir. Hesab edilir ki, bu qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Azərbaycana da böyük iqtisadi dividentlər qazandıracaq. Ölkəmiz bu yol vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək.

*****

Pekin forumu hər şeydən öncə Azərbaycanın strateji nəqliyyat ölkəsi kimi Güney Qafqazda vazkeçilməz, açar ölkə olduğunu təsdiqlədi. Azərbaycanın dünyada artan önəmini təsbit etdi. Görünür, bu səbəblərdən Ermənistan rəhbərliyi hansısa şəkildə “boşluğu” doldurmağa can atır. Ancaq əbəs yerə. Paşinyanın səfəri çətin ki, bu yöndə uğurlu olsun. Nədən ki, ortada daşlaşmış reallıqlar var.

İrəvan üçün acı gerçək belədir ki, işğalçı ölkə yalnızca Azərbaycanın təşəbbüsçü və iştirakçı olduğu böyük regional neft-qaz kəmərlərindən (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, bitməkdə olan Cənub Qaz Dəhlizi xətti) və nəqliyyat layihələrindən (Bakı-Tiflis-Qars) kənarda qalmayıb, eyni zamanda qlobal əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən də kənarda saxlanıb. “Bir kəmər – bir yol” meqa-layihənin tərkib hissəsi kimi “Böyük İpək Yolu” da o sıradadır.

Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum ile ilgili görsel sonucu

Bu da təsadüfi deyil və həm də Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe ilə bağlıdır. Bu isə ölkəyə tranzit sahəsində böyük üstünlüklər qazandırmaqdadır. Eyni zamanda Ermənistanı deyil, məhz ölkəmizi Avrasiya kimi böyük bir məkanda mühüm nəqliyyat qovşağına çevirir. O da faktdır ki, “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Çin Azərbaycanla əməkdaşlığa məxsusi önəm verir.

Layihə bu xüsusda Azərbaycan üçün yeni əməkdaşlıq imkanları açır, Ermənistan üçün yox. Söhbət həm də ondan gedir ki, Azərbaycan özünün üstün iqtisadi-maliyyə potensialı ilə böyük iqtisadi güclərin və mərkəzlərin diqqətindədir. Azərbaycanı sayırlar, onu qlobal əhəmiyyətli meqa-layihələrdə iştiraka dəvət edirlər.

Ermənistan isə heç qonşu və simsar İranla lokal əhəmiyyətli ortaq layihələri belə həyata keçirə bilmir. Çünki bir yandan pulu yoxdur, digər yandan isə blokada rejimi və “izqoy” ölkə statusu onu qlobal və regional iqtisadi və nəqliyyat layihələri üçün cəzbedici olmağa imkan vermir…

*****

Natiq Cəfərli ile ilgili görsel sonucu

Paşinyanın Çin səfərinin mümkün nəticələrinə gəlincə, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, erməni baş nazir hazırda ölkəsini ağır iqtisadi durumdan çıxarmaq üçün sərmayələr axtarışındadır. Onun sözlərinə görə, Paşinyanın başlıca hədəfi Çin şirkətlərini özlərinin investisiya layihələrini Azərbaycan və Gürcüstanda deyil, Ermənistanda reallaşdırmağa inandırmaqdır.

“Bu il yanvarın 1-də Çinin strateji investisiya layihəsi işə düşüb. Layihəyə bir neçə region daxildir. Əgər ÇXR əvvəllər daha çox Afrika və Asiyada aktiv idisə, bu ildən ölkə üçün Latın Amerikası, Qafqaz və Türkiyə prioritetdir. Bu regionlarda investisiya layihələrinin artırılması üzrə ”yol xəritəsi” hazırlanıb. Gürcüstan artıq bundan fayda götürməyə başlayıb. İki ölkə arasında uzunmüddətli investisiya anlaşmaları imzalanıb ki, onların reallaşması hesabına yaxın 5 ildə Gürcüstan iqtisadiyyatına 5 milyard dollar Çin sərmayəsi daxil olacaq. Bütün bunlar ağır iqtisadi durumda olan və belə layihələrdən kənarda qalan  Ermənistanı ciddi narahat edir. O sırada Azərbaycanın iştirakçı olduğu layihələrdən təcrid edilmək İrəvanı məcbur edir ki, yeni sərmayə qaynaqları axtarsın. Paşinyanın Çinə səfərində məqsəd  budur, Çinə sərmayə üçün əlverişli şərtlər təklif eləməkdir”, – deyə iqtisadçı qeyd edib.

Ancaq iqtisadçının əminliyinə görə, çətin ki, Çin bu balaca, kiçik əhalisi olan və ən əsası, işğalçı siyasət aparan ölkəyə sərmayə yatırsın. “Bütövlüdə Ermənistanın xarici şirkətlərə təklif edəcəyi heç nə yoxdur”, – deyə o əlavə edib.

*****

Ermənistanın inkişafı yolunda ən böyük maneəni, “Çin səddi”ni əslində Bakı yox, İrəvan yaradıb – Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı on illərdir işğal altında saxlamaqla, nəticə etibarilə Ermənistanı blokadaya və Rusiyanın vassalı olmaq aqibətinə tuş eləməklə. Odur ki, seçim də özünündür. Çıxış yolu bəlli…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

Əliyevin də olduğu şəkil: Paşinyan yoxa çıxdı – ŞOK

Sonrakı yazı

İRAN ƏLEYHİNƏ İDDİALAR SİYAHISI:ABŞ hökuməti onların heç birini isbatlaya bilməyib

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.