10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakının idarəetməsində yenilik – şəhər bələdiyyəsi yaradılır

06 İyun 2018, 10:13
Cəmiyyət
A A
Bakının idarəetməsində yenilik – şəhər bələdiyyəsi yaradılır

Bununla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır; Zahid Oruc: “Çoxsaylı mənbələr var ki, onlardan daxilolmalar hesabına Bakının bütün problemlərini həll etmək mümkün olardı”

Azərbaycan paytaxtında böyük şəhər bələdiyyəsi yaradılır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinatın baş verməməsi də bununla bağlıdır.

“Yeni Müsavat”a verilən məlumata görə, Bakı meriyasına geniş səlahiyyətlərin verilməsi planlaşdırılır. Belə ki, digər bələdiyyələrdən fərqli olaraq, bu ilin payızında formalaşdırılacağı nəzərdə tutulan böyük paytaxt bələdiyyəsi şəhər təsərrüfatının idarə olunması sahəsində əsas qurum funksiyası daşıyacaq. Bakıda tikintilərə icazələrin verilməsi, ərazilərin ayrılması, yaşıllaşdırma, abadlıq işləri bilavasitə bələdiyyənin səlahiyyətində olacaq. Bununla da paytaxtda tikinti sahəsində mövcud olan korrupsiya hallarının qarşısının alınması nəzərdə tutulur.

Verilən məlumata görə, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Dəyişikliklərin Milli Məclisin payız sessiyası başlayan kimi qəbul olunması və ilin sonunadək seçkilərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, “Yeni Müsavat” bununla bağlı prezident seçkilərindən əvvəl məlumat yaymışdı. Həmin məlumatda qeyd olunurdu ki, aprel ayında keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanda bir sıra istiqamətlərdə mühüm addımların atılacağı gözlənilir. Bu addımlardan biri isə Bakı şəhərində vahid bələdiyyə institutunun yaradılması olacaq.

Onu da qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. O vaxtdan bəri dəfələrlə bu məsələ gündəmə gətirilsə də, hələlik müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonu üzrə ayrılıqda yaradılıb.

Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır. Buna görə də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünü-idarəetməylə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyələrdə vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsini təklif edir.

Hazırda Bakı şəhərində icra hakimiyyətinin mülkiyyətində olan əmlakın icarəsindən alınan vergilər, avtomobil dayanacaqlarına görə ödənişlər, bəzi növ reklam ödənişləri, icra hakimiyyətinə daxil olan ayrı-ayrı müəssisələrin təsərrüfat hesablı gəlirindən ayırmalar, hüquq və fiziki şəxslərin könüllü yardım və ianələri Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə toplanır. Bu qurumun ictimai hesabatlılığı çox cüzi  səviyyədədir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinin bütün gəlir və xərcləri barədə ən adi məlumatları belə əldə etmək mümkün deyil.

Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtariyyəti yoxdur, kənardan investisiya, qrantlar cəlb edə bilmir. Bütün bunlar Bakıda vahid və geniş səlahiyyətləri olan bələdiyyə institutunun formalaşdırılmasını zəruri edir.

Zahid Oruc ile ilgili görsel sonucu

Milli Məclisin üzvü Zahid Oruc deyir ki, Azərbaycanda bələdiyyələr yaradılanda bu qurumlara inam güclü idi:“Azərbaycan yerli özünüidarəetmə sistemini yaratdı, bununla bağlı Avropa Xartiyasına da qoşuldu. İlk vaxtlar bələdiyyə sisteminə maraq vardı, insanlar aktiv şəkildə seçkilərə qatılırdılar. Lakin sonrakı dövrdə məlum oldu ki, səlahiyyətlərin bölgüsünü aparmaq, idarəetməni iki qüvvənin sərəncamında, – məsələn, Türkiyədəki valilik və bələdiyyə, Avropadakı prefektura və bələdiyyə kimi, –  saxlamaq elə də asan məsələ deyil. Yeri gəlmişkən, postsovet ölkələrinin əksəriyyətində bu məsələ problem kimi qalmaqda davam edir. İkinci məsələ budur ki, bizim kimi ölkələrdə bələdiyyələr siyasi hakimiyyət məsələsini həll etmir. Amma məsələn, Türkiyədə bələdiyyə seçkilərində uğur qazanan siyasi təşkilat gələcəkdə parlamenti, hökuməti formalaşdırmaq sahəsində böyük üstünlük əldə etmiş olur. Bizdə isə siyasi hakimiyyət məsələsini həll etmədiyinə görə bələdiyyələrə maraq xeyli azaldı. Həm də bölgələrdə artıq şəkildə icra hakimiyyəti  orqanları hər hansı səlahiyyətləri onlara güzəştə getmədilər. Bu halda vətəndaş daha güclünün tərəfinə keçdi. İndi nəinki təsərrüfat problemlərini, bütövlükdə idarəçiliyi bələdiyyələrin üzərinə qoymaq məsələlərində xeyli şübhələr yaranıb”.

Bakı şəhərinə gəlincə, deputatın sözlərinə görə, paytaxtın abadlaşması üçün son illərdə böyük işlər görülüb: “Lakin Bakının ətraf ərazilərində, ucqarlarda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilmərik. Sovet dövründə Bakı həm də iqtisadi mərkəz rolunu oynayıb, böyük müəssisələr burada yaradılıb. İndi onların kənarlara, regionlara köçürülməsi siyasəti yürüdülür”.

Z.Orucun sözlərinə görə, BŞİH-ə qarşı mənfi münasibətin yaranmasında Hacıbala Abutalıbov idarəetməsinin də rolu olub: “Brüsseldən Ankaraya, İstanbula qədər böyük şəhərlərin nə qədər geniş büdcələri var. Şəhərlərin bütün problemlərini öz büdcələri hesabına necə də uğurla həll edirlər. Azərbaycanda isə hər məsələdə gözlər dikilir mərkəzi büdcəyə. Reklamdan tutmuş, şəhər nəqliyyatının fəaliyyətinə qədər çoxsaylı mənbələr var ki, onlardan daxilolmalar hesabına Bakının bütün problemlərini həll etmək mümkün olardı. Bu zaman büdcə vəsaitlərini gözləməyə ehtiyac qalmazdı. Çoxlu idarələr, müəssisələr tanıyıram ki, mühüm bir hissəsi özəlləşdirilməliydi. Amma hələ də pul tələsi kimi qara dövriyyənin içərisində saxlanılır, hansısa vəsaitlər də bu xətlə silinir”.

Deputatın fikrincə, bələdiyyə orqanlarının gücləndirilməsinə ehtiyac var: “Amma icra hakimiyyəti orqanları hələ ki dövlətin əsas siyasətini yürüdən qurumlar, siyasi təsisatlardır. Bu baxımdan, iki sistemin ikisinin də inkişaf etdirilməsi lazımdır”

Dünya SAKİT,

Əvvəlki yazı

Kremlin ideoloqu kartı açdı – aranı qatan “boz kardinal”…

Sonrakı yazı

Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.