06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BAKINI DA RUSİYANIN VASSALINA ÇEVİRMƏK CƏHDİ! – KTMT-na üzvlük Azərbaycana nə vəd edir?

01 Sentyabr 2018, 12:26
Siyasət
A A
BAKINI DA RUSİYANIN VASSALINA ÇEVİRMƏK CƏHDİ! – KTMT-na üzvlük Azərbaycana nə vəd edir?

Rusiyanın qoltuğu altında olmaq belə rahat və əlverişli idisə, onun rəzil nökərləri niyə Kremlin cazibəsindən qurtulmaq üçün kiçik fürsəti belə əldən vermirlər?

Moskva Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına heç vaxt cəhd etməz!

Nə qədər qəribə olsa da, Azərbyacanın KTMT-na üzv ola bilməsi haqqındakı növbəti fikirlər sıradan bir olay olmadı – nəinki yerli media bunu tirajlamaqda davam edir, hətta Rusiyanın bəzi dairələri bu təklifi az qala rəsmi Bakının məsələ ilə bağlı ilkin razılığı kimi müzakirə edirlər.

Amma ötən dəfələrdə də yazmışdıq ki, Azərbyacanın 125 deputatından birinin (hətta o, komissiya sədri olsa belə!) məsələ ilə bağlı açıqlaması hələ rəsmi Bakının mövqeyi kimi qəbul oluna bilməz və bunun üçün daha yüksək statuslu şəxslərinin mövqeyini bilmək lazımdır.

Fəqət, bir daha deyirik ki, olay tamam epizodik və ötəri hadisə təsiri də bağışlamır, elə bil bununla məsələyə ictimai rəyi bilmək istəyirlər ki, bu da bizi çox təlaşlandırır.

Arqumentlər də dəyişməz qalır. Guya Bakının bu addımı atacağı təqdirdə Kreml siyasətinin əqrəbləri bizə tərəf dönəcək, Dağlıq Qarabağ yenidən Azərbaycana qaytarılacaq. Bunun real bir şey olduğunu qabartmaq üçün isə guya məsələ ilə bağlı İrəvanda xüsusi təlaş yaşandığı və hətta İrəvan rəsmilərinin Azərbaycanın KTMT-na üzv olmasına mane olmaq istədiyi haqda məlumatlar yayılır.

Demirik ki, erməni rəsmiləri bu cür “bəyanat”lar səsləndirməyiblər. Onlar çox şey deyə bilər, amma özünüz düşünün, rəzil İrəvanın buna heç cəsarəti çatarmı?

Üstəlik, Ermənistanın illər ərzində bölgədəki rolu məhz ona yönəlməmişdimi ki, Bakının müstəqillik kursuna əngəl törətsin və onu yenidən Rusiyaya tərəf dreyf etməyə məcbur etsin?

Azərbaycan indi də MDB-nin üzvüdür. 1993-cü ildə Bakı MDB-yə və hətta bir müddət KTM-nə üzv olmaqla bağlı qərar verərkən İrəvan hansısa formada buna mane ola bildimi? Yox, olmadı və ola da bilməzdi – ona görə ki, Kreml dərhal onun “qulağını burardı”.

İndi də belə söhbətləri ortaya atmaqla əslində Kreml strateqləri Ermənistanı xəbərdar etməyə və ya ona “qulaqburması” verməyə cəhd edirlər.

Bunun başqa mənası yoxdur; ona görə də KTMT-yə və AİB-ə üzv olacağı təqdirdə Moskvanın Dağlıq Qarabağı Azərbaycana qaytaracağı haqdakı söhbətlərə isə heç vaxt inanmarıq.

Baxın, Ermənistan kimi rəzil bir nökər belə bu qurumlardan uzaqlaşmağa cəhd edirsə (hələlik xəyali olsa da!), Moskva Dağlıq Qarabağ kimi etibarlı bir “rıçaq” olmadan Rusiyadan faktiki olaraq heç bir asılılığı olmayan Azərbaycanı özünün həndəvərində saxlamağa əmin ola bilərmi?

Məgər Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı və eləcə də son illərdəki Ukrayna münaqişələri məhz ona görə yaradılmayıbdırmı ki, Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ukraynanın fərqli istiqamətə yönəlməsinin qarışısı alınsın? Doğrudanmı belə sadə həqiqəti birdəfəlik qəbul etmək bu qədər çətindir?..

Açığı, biz Azərbaycanda KTMT və Avrasiya İqtisadi Birlıiyilə bağlı söz- söhbətin səmimiliyinə heç vaxt inanmamışıq: bu məsələdə nə idarə edən kəsim, nə də idarə olunan cəmiyyət səmimi deyil.

İdarə edən kəsim Kremlə yaxınlığı özü üçün daha təhlükəsiz bir siyasət və hətta zəmanət hesab edir. Cəmiyyətimizin də mərəzi başqadır. On illərlə vaxt keçsə də hələ də çoxu sovet keçmişini unuda bilmir, üstəlik, AİB-lə, Gömrük İttifaqı ilə bağlı nağıllar da onları şirnikləndirir. Bəli, üzdə guya ki, hamı Qarabağ hayındadır, amma dərinə gedəndə görürsən ki, motivlər tamam başqadır.

Bəzən belə deyirlər ki, guya KTMT və AİB üzvü olan ölkələrin suverenliyinə heç bir problem yaranmayıb. Amma bu da nağıldır. Məgər biz özümüz daim İrəvana Rusiyanın nökəri olduğuna görə lağ etmirikmi? Daim Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil bir dövlət olması ilə öyünmürükmü?

Biz bunu əsaslandıra da bilərik ki, KTMT və AİB üzvü olan ölklərin böyük hesabla heç bir suverenliyi yoxdur, onlar nəinki böyük məsələləri və hətta daxili vəzifə təyinatlarını belə Kremllə razılaşdırırlar.

Bu dövlətlərin bir məsələdə “müstəqilliyi” var: öz cəmiyyətlərilə istədikləri kimi davranmaq və ölkədə özlərinə sərf edən feodal üsul-idarəsi bərqərar etmək.

Bircə anlığa həmin ölkələri gözünüz önünə gətirin: hətta perspektivdə belə bu ölkələrdə normal bir siyasi sistemin bərqərar olması inandırıcı və yaxud da real görünürmü?

Ermənistandakı vəziyyətdən asılı olaraq Kreml strateqləri bizə çox şirnikləndirici bəyanatlar eşitdirəcəklər. Amma gəlin sadəlövh olmayaq və bir suala cavab verək:Rusiyanın qoltuğu altında olmaq belə rahat və əlverişli idisə, onun rəzil nökərləri niyə Kremlin cazibəsindən qurtulmaq üçün kiçik fürsəti belə əldən vermirlər?..

Hüseynbala Səlimov(musavat.com)

Əvvəlki yazı

ABUTALIBOVUN SƏRƏNCAMLARI QANUNSUZ SAYILIR – Baş nazirin müavini istintaqa cəlb olunacaq?

Sonrakı yazı

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – TAM MƏTN (FOTOLAR)

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.