06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakını batıran Nəqliyyat Agentliyi: xaos, özbaşınalıq, korrupsiya…

30 Dekabr 2019, 11:17
Seçmə, Banner
A A
Bakını batıran Nəqliyyat Agentliyi: xaos, özbaşınalıq, korrupsiya…

Bakı Nəqliyyat Agentliyi nə dövlət rəhbərliyinin, nə də paytaxt sakilərinin etimadını doğruldan bilən qurum oldu.

Reportyor.info-nun xəbərinə görə, BNA uğursuz bir struktur təsiri bağışlamaqdadır və bacarıqsızlığı özünü göstərir.

Bu müddət ərzində verilən vədlərin heç biri əməl olunmayıb: yeni parklanma yerlərinin təşkili, qanunsuz pul yığanlarla mübarizə, yol nişanlarının qurulmasının təkmilləşdirilməsi, dayanacaqların yaradılması, dayanma-durma ilə bağlı getdikcə pisləşən vəziyyətin tənzimlənməsi…

BNA Maliyyə Bazarlarına Nəzarət Palatası kimi öz sektorunda islahatlar, nizam-intizam üçün yaradılsa da, ümidləri doğrultmadı və bu qurumun ləğvi üçün bütün əsaslar var.

Hələ bu azmış kimi, Bakı Nəqliyyat Agentliyi 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdırılmasında maxinasiyalara hazırlaşır.

Demə, bir yol nişanı dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək. Dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də “MG Construction” MMC-yə verilib.Müqavilənin ümumi dəyəri 920 min manatdır.

Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.

Halbuki, Almaniya kimi inkişaf etmiş, iqtisadiyyatı təkcə özünü yox, ona axın edən qaçqınları saxlamağa qadir olan dövlətdə bir yol nişanı 31 avroya (62 manat) başa gəlir. Rusiyada isə yol nişanı 850-950 rubl (25 manat) qiymətinə satılır.

Bunun adı rəsmi korrupsiya, büdcə pullarının yağmalanması, göz görə-görə çırpışdırılmasıdır.Və BNA yayılan xəbərlərə görə KİV-i savadsızlıqda ittiham edir. Amma yol nişanının birinin nə üçün 1840 manata alınmasına aydınlıq gətirmir.

Bir müddət əvvəl isə Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilmişdi. Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti olub. Həmin işlər görülüb.

Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub, amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu verilməyib.

Ümumiyyətlə, BNA rəhbəri Vüsal Kərimli prezidentin layihəsini batırıb, fiaskoya uğradıb.

Ölkə rəhbərliyi gözləyirdi ki, Bakıda bu qurum dayanma-durma, parklanma, sərnişindaşıma, taksi dayancaqlarının yaradılması problemlərinin heç olmasa yarısını həll edəcək. Amma nəinki öhdəsindən gələ bilməyiblər, şəhər tamamilə nəqliyyat xaosunun girdabındadır.

Üstəlik, dayanma-durma ilə bağlı BNA müfəttişlərinin əssasız cərimə yazmaları sürücülərin canını boğaza yığıb. Bunlar narazılığı azaltmaq əvəzinə gərginlik yaradırlar.

Görün nə vəziyyət idi ki, aparıcı Tolik Agentliyin qanunsuz cərimə siyasətinə etiraz olaraq qurum rəsmilərini sərt tənqid edib onlara cərimə olaraq ödənilən 20 manatı “tula payı” belə adlandırmaqdan çəkinməmişdi.

Görəsən, BNA vətəndaşa xidmət və vətəndaş məmnuniyyəti deyərkən həmən “pay məsələsinimi” nəzərdə tuturdu.

Hətta deputat Fazil Mustafa da Bakı Nəqliyyat Agentliyini tənqid etmişdi: “Dəfələrlə piyada zolaqlarının çəkilməsi məsələsini qaldırdım, reaksiya verən olmadı. Çünki burada xidmətdən söhbət gedir. Amma cərimə yığmaqdan söhbət gedəndə, dərhal reaksiya verirlər.

Bakı Nəqliyyat Agentliyi hələ də başa düşmür ki, dövlət büdcəsindən onlara vəsait ayrılır. Məhz dövlət büdcəsindən ayrılan vəsaitə görə də vətəndaşa xidmət eləməlidirlər.

Yol polisi dayanma-durma işi görürdü və ondan da keyfiyyətli həyata keçirirdi. Bakı Nəqliyyat Agentliyi ona görə yaradıldı ki, vətəndaşa daha yüksək, keyfiyyətli xidmət göstərsin. Keyfiyyətli xidmət budursa, burada keyfiyyət görünmür axı… ”

REPORTYOR.info

 

 

 

 

 

Əvvəlki yazı

Sabah Bakıda atəşfəşanlıq olacaq

Sonrakı yazı

PENTAQON İNDİ DƏ “GOOGLE” ŞİRKƏTİ İLƏ SAVAŞA BAŞLAYIR…

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.