Cəlilabadda dəhşətli yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.
Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatı, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.