08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıdan düşmənə müharibə mesajı – “Tam hazırıq…”

21 İyun 2018, 09:55
Cəmiyyət
A A
Bakıdan düşmənə müharibə mesajı – “Tam hazırıq…”

Hərb nazirimiz “artıq Laçına gedən yol nəzarətimizdədir”, dedi; hərbi parad ərəfəsi arsenalımızdakı yeni dağıdıcı silahların anonsu verildi, işğalçının qorxulu röyası olan “Dəmir günbəz” raketdən müdafiə sisteminə işarə vurdu… 

İyunun 20-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib (APA). Xəbər verilir ki, nazir öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib. Təlim məşqlərin sonunda  poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

*****

Hərb nazirimiz Ali Baş Komandan, prezident İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib. O, hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifələr və tapşırıqlar barədə KİV nümayəndələrinin suallarını cavablandırıb.

Bu xüsusda o, son vaxtlar həm Azərbaycanda, həm də işğalçı Ermənistanda ciddi müzakirə mövzusu olan Naxçıvan əməliyyatı barədə də danışıb. Muxtar respublikanın Ermənistanla sərhədində çox uğurlu bir əməliyyatın keçirildiyini bildirib.

*****

 

Zakir Həsənov “Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar”, deyib. Belə ki, nazir düşmənin iddialarının əksinə olaraq, neytral torpaq anlayışının olmadığını  söyləyib: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

Naxçıvan əməliyyatı ilə bağlı nazirlik videorolik də yayımlayıb. Buradaca yada salaq ki, düşmən ölkənin Müdafiə Nazirliyi guya Azərbaycanın heç bir əməliyyat keçirmədiyini, sadəcə, erməni tərəfinin guya humanistlik göstərərək və Günnüt kəndinin sakinlərinin xahişini nəzərə alaraq, onların kənd qəbiristanlığına baş çəkməsinə şərait yaratdığını iddia edirdi. Bununla bağlı öz ictimaiyyətini sakitləşdirmək üçün erməni tərəfi hətta video da yaymışdı. Hərçənd həmin videodan heç nə anlaşılmırdı.

Zakir Həsənov Poliqonda ile ilgili görsel sonucu

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı video isə düşmənin yalanını bütünlüklə üzə çıxarır. Bir daha qənaət hasil olur ki, ordumuzun Naxçıvan bölmələri ermənilərin yeni populist baş naziri Nikol Paşinyana həqiqətən yaxşı “sürpriz” edib, onun imicinə ciddi zərbə vurub. Ən əsası, Zakir Həsənovun dediyi kimi, əməliyyat nəticəsində Laçına gedən yol bütünlüklə ordumuzun nəzarətinə keçib ki, bu da Qarabağda böyük antiteror əməliyyatı başlayacağı halda mühüm strateji və taktiki üstünlüyümüzün təmin olunması deməkdir. Çünki daha o yolla Ermənistan rahat şəkildə separatçılara silah-sursat və hərb texnika daşıya bilməyəcək.

O ki qaldı hava yoluna, məlumdur ki, Azərbaycanın müasir hava hücumundan müdafiə qüvvələri Xocalı hava limanı da daxil, Qarabağın və işğal altındakı digər ərazilərimizin hava məkanını da nəzarətdə saxlayır.

*****

“Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb”. Bunu da bunu müdafiə naziri görüşdə deyib. Nazir habelə bütün döyüş maşınlarının yeniləndiyini söyləyib: “Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”.

Zakir Həsənov Poliqonda ile ilgili görsel sonucu

Həsənov həmçinin vurğulayıb ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: “Bu gün biz ən müasir, uzaq vuran raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən yerüstü və hava hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək”.

“İyunun 26-da raket hücumu əleyhinə qalxan sistemi da nümayiş etdiriləcək”. “Yeni Müsavat” “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu da hərb nazirimiz dünənki mətbuat  konfransında söyləyib. “Çoxları deyir ki, Azərbaycanda belə sistemlər ola bilməz. Ancaq paradda görəcəksiniz ki, onlar nədir. Bu yalnız alınan yeni silahların bir qismidir”, – deyə o, düşməni təlaşa salacaq tonda bildirib.

Zakir Həsənov Poliqonda ile ilgili görsel sonucu

Lakin müdafiə naziri konkret hansı qalxan sistemindən söhbət getdiyini dəqiqləşdirməyib. Ancaq şübhə yox ki, söhbət İsrail istehsallı “Dəmir günbəz” raketdən (havadan) müdafiə sistemlərindən gedir. Hansı sistemlər ki, heç Rusiyanın özündə də yoxdur və yüksək dəqiqliyi ilə seçilir. Bakı bu sistemləri almaq üçün uzun müddət İsrail tərəfi ilə danışıqlar aparırdı. Bu sistemlər Bakının energetik infrastrukturunu və neft-qaz yataqlarını düşmənin raket hücumundan mühafizə eləmək üçün də misilsiz əhəmiyyət daşıyır…

Zakir Həsənov Poliqonda ile ilgili görsel sonucu

Zakir Həsənov daha sonra deyib ki, Azərbaycan prezidenti qarşıya vəzifə qoyub ki, ordunun döyüş hazırlığının real döyüş hazırlığı vəziyyətinə gətirilməsi təmin edilsin. “Bir neçə ilə biz qarşımıza qoyulan vəzifələri tam yerinə yetirəcəyik. Söhbət həm də döyüş maşınlarının yenilənməsi və modernləşməsindən, yeni artilleriya sistemlərinin alınmasından gedir. Azərbaycan ordusu 90% avtomatlaşdırılmış idarə sistemləri ilə təchiz edilib. Bu yöndə nəhəng işlər aparılır”, – deyə nazir sonda əlavə edib.

*****

Hərb nazirimizin bu açıqlamaları şübhəsiz ki, ilk növbədə işğalçı Ermənistana hədə kimi mesajdır ki, nə qədər gec deyil, daşı ətəyindən töksün, Azərbaycanın işğal altındakı ərazilərini boşaltmağa başlasın. Əks halda, bunu Azərbaycan ordusu etməli olacaq…

Siyasət şöbəsi,

Əvvəlki yazı

“Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” – şok iddia

Sonrakı yazı

ELÇİBƏY: DEMOKRATİYA DÖYÜŞÇÜSÜ!

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.