28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıda yeni metrostansiyalar tikiləcək – Bu ərazilərdə…

08 Yanvar 2024, 11:49
Cəmiyyət
A A
Bakıda yeni metrostansiyalar tikiləcək – Bu ərazilərdə…

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Belə ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcəkdir.

“28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 2040-cı ilədək “28 May” – ”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur (“28 May”stansiyasının yenidən qurulması daxil olmaqla).


2027-ci ilədək nəzərdə tutulan hədəflər:

• Metronun əhatə dairəsinin genişləndirilməsi;
• bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal” hissəsinin, “B-03” və “B-04” stansiyalarının
tikintisi;
• yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül” elektrik deposunun, “Y-03”, “Y-02” “Y-14” və
“Y-15” stansiyalarının tikintisi.

Dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması:
• Qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədə
səmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi;
• birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması
(2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur);
• relsli nəqliyyat imkanlarının əhatə dairəsinin tədricən bütün ərazilərdə təmin olunması;
• relsli nəqliyyat növləri üçün tranzit ictimai nəqliyyat bağlantılarının genişləndirilməsi
istiqamətində zəruri addımların atılması (2030-cu ildən sonrakı dövrdə);
• metro nəqliyyatı ilə əlaqələndirilmiş nəqliyyat qovşaqlarının/nəqliyyat mübadilə
mərkəzlərinin təşkili üçün zəruri ilkin imkanların və şəraitin yaradılması (2030-cu ilə qədər
tamamlanması nəzərdə tutulur);
• relsli nəqliyyat sistemləri üzrə sərnişindaşıma həcmlərinin əhəmiyyətli dərəcədə
artırılması üçün ilkin şəraitin yaradılması (2030-cu ildən sonrakı dövrdə);
• 28 May ərazisində təkmilləşdirmələrin aparılması üçün zəruri ilkin imkanların və şəraitin
yaradılması (2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur);
• şəhər inkişaf ərazilərində (məsələn, keçmiş sənaye əraziləri) tranzit təyinatlı inkişafın

təmin edilməsi.

Şəbəkədə “ən kritik nöqtə”nin yaranmaması üçün ilkin şəraitin yaradılması (2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur). Şəbəkədə ilkin optimallaşdırmanın təmin edilməsi üçün şəraitin (şəbəkənin tamamlanması) yaradılması (2031-ci ilə qədər tamamlanması nəzərdə tutulur).

Dəstəkləyici infrastrukturun yaradılması:
• sistemin fəaliyyəti üçün zəruri əməliyyat tələblərinin qarşılanması (texniki xidmət, enerji
təchizatı və s.).

Gələcək inkişaf – 2040-cı il

Şəbəkədə “ən kritik nöqtə”nin yaranmasının qarşısının alınması:
• Mərkəzi relsli tranzit nəqliyyat qovşağının tam işləkliyinin təmin edilməsi (2030-cu ildən
sonrakı dövrdə);
• iki əsas xəttin imkanlarından optimal dərəcədə istifadənin təmin edilməsi üçün şəraitin
yaradılması – Qırmızı və Yaşıl xətlərin ayrılması (2030-cu ildən sonrakı dövrdə);
• sərnişin axınının asanlaşdırılması və təhlükəsizliyin artırılması (2030-cu ildən sonrakı
dövrdə).
Əsas şəbəkənin optimallaşdırması (şəbəkənin genişləndirilməsi):
• qırmızı xəttin işləkliyinin/sərnişindaşıma imkanlarının artırılması (2030-cu ildən sonrakı
dövrdə);
• relsli nəqliyyatın şəhəri tam əhatə etməsinə nail olunması;
• relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi.
Dairəvi metro şəbəkəsinin tamamlanması (yaşıl xətt):
• əks istiqamətlərdə eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsinin
yaradılması;
• relsli nəqliyyatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunması;
• relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi;
• metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqlarının yaradılması;
• relsli nəqliyyat sisteminin sərnişindaşıma qabiliyyətinin təqribən iki dəfə artırılması.

Mövcud xətlərin uzadılması (bənövşəyi xətt):

• yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması;
• “Ağ şəhər” və “Port Baku” ərazisinin xidmətə çıxışının təmin edilməsi;
• şəbəkənin inkişaf etdirilməsi;
• perspektivdə Xırdalan şəhərinə metro xəttinin çəkilməsi.//baku.ws

Əvvəlki yazı

Aygün Bəylərlə vida mərasimi keçirilib

Sonrakı yazı

Cavanşir Quliyev: “Bəlkə, Aygünü musiqiyə nahaq gətirdim…”

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.