Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb.
DİN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.
Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub.
Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.
Discussion about this post