Bakıda vətəndaşa qarşı dələduzluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 12 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.