15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu

26 Yanvar 2021, 10:55
Sosial
A A
Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu

“2009-cu ilin may ayının 23-də müqavilə əsasında “Real” MTK-dan 3 mənzil və 2 qaraj alaraq dəyərlərini 2011-ci il yanvar ayının 4-dək hissə-hissə üç dəfəyə ödəmişəm. Yalnız oğlum Elvin Novruzovun adına olan 158 saylı mənzilindən 18 540 manat borcumuz qalmışdı. “Real” MTK ilə əldə etdiyimiz razılığa əsasən, qalan məbləği mənzil və qarajların “Çıxarış”-ları verilən zaman ödəməli idik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri zərərçəkən Novruzov Vəli Şirməmməd oğlu deyib. O, tikinti şirkətinin dələduzluğu nəticəsində pozulan hüquqlarının bərpa olunmasına çalışır. V. Novruzov hüquq mühafizə orqanlarından da gileyllənir, bildirir ki, məhkəmlərlə yanaşı bu qurumlar da sürüdürməçiliklə, vətəndaşların haqlarını pozmaqla məşğuldurlar.
“AzPolitika.info”-ya göndərdiyi müraciətdə şikayətçinin bəhs etdiyi problemə gəlincə, qalmaqal Vəli Novruzovun kürəkəni Gəncəli İsmayılovun “Real” MTK-ya müraciət etdikdən sonra başlayıb: ” 2017-ci ildə G. İsmayılov Almaniyada gözündən əməliyyat olunmaq üçün öz adına olan mənzilin sənədlərini banka girov qoyub kredit götürmək istədi. Amma evin “Çıxarış”-ı olmadığı üçün bank ona kredit vermədən imtina edib. Bankdan çıxdıqdan sonra kürəkənim banka təqdim etdiyi sənədləri – maliyyə arayışını və öz şəxsiyyət vəsiqəsini itirib.
Kürəkənim maliyyə arayışının sürətini almaq üçün “Real” MTK-ya müraciət etsə də, uzun müddət get-gələ salındıqdan sonra sözügedən sənədi ona vermədilər. O, bu barədə mənə məlumat verdikdən sonra arayışı özüm alacağımı bilrdirdim. Çünki mənzilləri mən almışdım, MTK-da məni tanıyırdılar. Təsadüfən elə həmin vaxt oğlum Elvinin mənzilinin işığını kəsdilər. Ona görə, mən övladlarımla birlikdə MTK-ya getməli olduq. Bu hadisə o zamana təsadüf edirdi ki, mətbuatda və sosial şəbəkələrdə “Real” MTK-nın dələduzluq əməlləri ilə bağlı çoxsaylı informasiyalar dərc olunurdu. Ona görə də şirkətdə apardığımız danışıqları telefona yazdıq”.
Şikayətçinin sözlərinə görə, şirkətdə onları mühasib işləyən Adilağa Hüseynov qarşılayıb. Ondan mənzilin elektrik xəttinin hansı səbəbdən kəsildiyini soruşublar: “O da cavab verdi ki, bizdən üç mənzil və iki qaraj almısınız. Lakin oğlunuz Elvin Novruzovun adına olan 158 nömrəli mənzildən 18540 manat borcunuz qaldığı üçün həmin evin elektrik xətti kəsilib. Biz ona vaxtı ilə aramızda olan razılaşmanı xatırlatdıq ki, mənzil və qarajların “Çıxarış”-ları verilən zaman həmin vəsait ödənilməlidir. Bu zaman MTK-nın sədri Sahil Cahangirli də içəri daxil oldu. O da təsdiq etdi ki, bizdən üç mənzil və iki qaraj almısınız, lakin bir mənzildən borcunuz var, onu da ödəyin, evin işığı bərpa olunsun”.
V. Novruzov qeyd edir ki, həmin vaxt sözügedən binanın qazı, suyu yox idi, lifti də işləmirdi, qarajları da hazır deyildi: “Həmin qarajların hər biri bir neçə nəfərə satıldığı üçün bu günədək sakinlərin istifadəsinə verilməyib. Amma MTK rəhbərliyi bizdən təkidlə həmin borcu ödəməyi tələb etdi. Biz isə binada yuxarıda qeyd olunan çatışmazlıqları, mənzil və qarajların “Çıxarış”-larının bu günədək verilmədəyini dedik və 18540 manat borcun ona görə ödənilmədiyini bildirdik.
Aramızda böyük mübahisə yarandı. Kopromis variant kimi həmin məbləği aylara bölərək 1 il ərzində ödəməyi təklif etsək də onlar razılaşmadılar. Nəhayət, mühasib Adilağa Hüseynov bizi sakitləşdirərək dedi ki, sabah gəlin, məsələni yoluna qoyarıq.
Mən səhəri gün yenidən MTK-ya gələndə Sahil Cahangirli mənə bildirdi ki, ümumiyyətlə Gəncəli İsmayılovun adına olan mənzilə heç bir ödəniş etməmisiniz. O, kürəkənimin maliyyə arayışını itirdiyini və onun sürətini almaq üçün MTK-ya müraciət etdiyini bilirdi. Bu cavab məni bərk əsəbləşdirsə də, ona dedim ki, mənim şirkətə olan borcumu yazın verin, aparıb hüquq-mühafizə orqanlarına verəcəm, özləri sizin dələduzluq əməllərinizi araşdırsınlar. Sahil Cahangirli bildirdi ki, Ülviyyə sizin borcunuzu hesablayır, sabah gəlib borcunuza dair sənədi ala bilərsiniz”.
Amma əsas problemlər bundan sonra başlayıb. Vəli Novruzov bildirir ki, səhəri gün yenidən MTK-ya gedib: “Bu zaman MTK-nın işçisi, Ülviyyə adlı xanım məndən digər evlərin – Elnur Novruzov və Elvin Novruzovun adına olan mənzillərə və qarajlara dair sənədləri gətirib – gətirmədiyimi soruşdu. Həmin sənədləri isə Naxçıvanda olan evimizə qoymuşdum. Dedim, onlar nəyə lazımdır, tutaq ki, onlar da itib, məgər sizdə yoxdur?
Bunu qəsdlə dedim ki, görək, kürəkənimin mənzilində olduğu kimi Elvinin və Elnurun məznillərinin sənədlərinin içindən də maliyyə arayışlarını çıxaracaqlarmı? Təxmin etdiyim kimi də oldu. Ülviyyə bizim sənədlərimizin hamısını birlikdə itirdiyimizi zənn edərək borcumuza dair arayış vermədi. “Sədr gələr, özü sizə zəng edər” deyərək məni yola saldı.
Mən getdikdən sonra Ülviyyə Sahil Cahangirliyə bizim bütün mənzil və qarajlara dair sənədlərin hamısını itirdiyimiz barədə məluamt verib. Fürsətdən istifadə edən Sahil Cahangirli dərhal zəng edərək məni MTK-ya dəvət etdi. O, mənim düşündüyüm kimi Elnur və Elvinin də mənzil və qarajlarına dair müqavilələri göstərib, “siz heç bir mənzil və qarajlara ödəniş etməmisiniz ki” – deyərək pul tələb etdi. Onun bu hərəkətindən möhkəm qəzbələndim, şirkətə borcumuza dair möhür və imza ilə sənəd verməsini tələb etdim. Onlar isə möhürsüz və imzasız sənəd verməklə kifayətləndilər”.
Şikayətçinin sözlərinə görə, elə həmin vaxt – 2017-ci ilin oktyabrında Nəsimi Rayon Prokurorluğuna şikəyət ərizəsi ilə müraciət ediblər. Uzun çək-çevirdən sonra sonra işə baxılması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
“Bu müddət ərzində müstəntiq yalnız bir dəfə məni MTK-nın mühasibi Adilağa Hüseynovla 15 dəqiqəlik görüşdürüb. Söz vermişdi ki, Sahil Cahangirli və Ülviyyə xanımla da görüşdürəcək. Amma bunların heç biri baş vermədi. Son görüşümüzdən təqribən dörd ay sonra mənə cavab verdilər ki, bu iş mülki məsələ olduğu üçün məhkəməyə müraciət edə bilərsiniz.
Sən demə “Real” MTK-nın məndən öncə məhkəməyə şikayət etməsi üçün şərait yaradılırmış. Beləliklə, MTK-dan maliyyə və mühasibatlıq sənədlərinin, mənzillərin qeydiyyat kitablarının tələb olunmaması, eyni zamanda şirkətdə danışıqlar zamanı yazdığım və onlara təqdim etdiyim səs yazısının ekspertiza edilməməsi sübut edir ki, prokurorluq cinayətkarın dələduz əməllərinə göz yumub. Məndən məhkəməyə şikayət etməsinə şərait yaradırmış. “Real” MTK isə peşəkar dələduz kimi bizdən üç fərqli rayon məhkəməsinə şikayət edib”-deyə zərərçəkən vurğulayıb.
Onun sözlərinə görə, nəhayət uzun sürən məhkəmə çəkişmələrindən sonra Bakı Apellyasiya Məhkəməsi 01 avqust 2019-cu il tarixində “Real” MTK-nın dələduzluq əməllərininin Cinayət Məcəlləsinin 307, 308, 313, 29, 179-cu maddələri üzrə araşdırılması üçün xüsusi qərardad çıxararaq Baş Prokurorluğa göndərib. Amma bundan 1 il 6 ay vaxt keçməsinə baxmayaraq qurumdan xəbər yoxdur.
“Mən üç il ərzində məhkəmələrdə, xüsusən, Nərimanov rayon Məhkəməsində nələr çəkdiyimi bir Allah bilir. Bu cinayətkarı, dələduzu bağışlayanı Allah bağışlamaz! Sizdən xahiş edirəm ki, bu cinayətin layiqli qiymətini alması və cinayətkarların cəzalandırılması üçün bizim haqq səsimizə dəstək verəsiniz”-deyə Vəli Novruzov müraciətində yazıb.
Xatırladaq ki, 2018-ci ildə “Real” MTK-ının əməkdaşı Sahil Cahangirli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
S.Cahangirli “Real” MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur. MTK-nın rəhbəri İ.Qasımov da evi bir neçə nəfərə satmaqla yanaşı, şəriki milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.
Sonralar onun barəsində məhkəmə hökmü fəyişdirilərək azadlığa buraxılıb İ.Qasımov “MTN işi”ndə general Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişi kimi tanınıb.
Əvvəlki yazı

Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video

Sonrakı yazı

Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.